İngilis alimləri: Pendir şəkərli diabet riskini azaldır

Gündə cəmi iki tikə pendir yeməklə II tip şəkərli diabet riskini 12 faiz aşağı salmaq olar. Bu tip diabet artıq çəki ilə bağlıdır. Alimlərin fikrincə, bunun səbəbi pendirin fermentasiyasındadır.

Gündə cəmi iki tikə pendir yeməklə II tip şəkərli diabet riskini 12 faiz aşağı salmaq olar. Bu tip diabet artıq çəki ilə bağlıdır. Alimlərin fikrincə, bunun səbəbi pendirin fermentasiyasındadır.

Britaniya və Hollandiya alimləri problemi araşdırmaq fikrinə gəlmişdilər. Onlar 16800 sağlam və 12400 şəkərli diabet xəstəsini müayinə ediblər. Məlum olub ki, gündə 55 qram pendir yeyən adamlarda diabet riski 12 faiz aşağıdır.

Çox yəqin ki, pendirin tərkibindəki probiotik maddələr insan orqanizmində xolesterinin miqdarını aşağı salır. Üstəlik, pendirdə insan orqanizmi üçün çox xeyirli D vitamini, kalsium və maqnezium var. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31