Gündəm

“Daşla danışan adam”  -  Mirəli Mirqasımov

30 Noyabr 2017 09:15

Bilik Fondunda “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Xalq Rəssamı Mirəli Mirqasımova həsr olunan "Daşla danışan adam" sənədli filminin təqdimatı olub.  Olaylar.az bildirir ki, tədbiri Fondun icraçı direktoru Oktay Səmədov açaraq, rəhbərlik etdiyi təşkilatın “Mədəni maarifləndirmə” proqramı üzrə həyata keçirdiyi layihələrdən danışıb, gənclərin estetik zövqünün cilalanmasında, dünyagörüşünün hərtərəfli inkişafında filmlərin xüsusi əhəmiyyətini vurğulayıb, tarix boyu ən böyük maarifçiliyin məhz mədəniyyətlə və ədəbiyyatla həyata keçirildiyinə diqqətə çatdırıb.

Sürət qatarı relsdən çıxdı

30 Noyabr 2017 09:12

İsveçrənin Bazel şəhərində sürətli qatarın bir neçə vaqonu relsdən çıxıb. Bu barədə Almaniyanın "Deutsche Bahn" dəmiryolu konserni məlumat yayıb.

Mövlud Çavuşoğlu Azərbaycanda

30 Noyabr 2017 09:09

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb. Bu gün o, Pakistan və Azərbaycan xarici işlər nazirləri ilə birgə üçtərəfli görüşə qatılacaq.

Peyğəmbərin təsviri olan reklam qadağan edildi

30 Noyabr 2017 09:08

ABŞ-da avtobusların üzərinə İsa peyğəmbərin (ə) təsviri olan reklamın yerləşdirilməsi qadağan edilib. Vaşinqton, Merilend və Virciniya ştatları üzrə 1500 avtobusu idarə edən Vaşinqton Tranzit Daşımalar Mərkəzi (VTDM) bu addımını reklamın dini təbliğat xarakteri daşıması ilə əsaslandırıb.

Sənət Mərkəzində müsabiqə elan edilir

30 Noyabr 2017 09:03

Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon Bələdiyyəsi, Xətai Rayonu Gənclər və İdman İdarəsi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə İslam Həmrəyliyi ili çərçivəsində Xətai rayon məktəbliləri arasında “İslam Həmrəyliyi və Multikultural dəyərlər tolerantlığın əsasıdır” adlı müsabiqə elan olunur. Olaylar.az bildirir ki, müsabiqənin keçirilməsində məqsəd yetişməkdə olan gənc nəslə bir daha əsrlər boyu formalaşmış adət-ənənələrimizi, mənəvi və multikultural dəyərlərimizi və keçmişimizi unutdurmamaqdır.

Xanımlara XƏBƏRDARLIQ: Dikdaban ayaqqabı geyməyin!

29 Noyabr 2017 20:05

Qadınların hər zaman hansı ayaqabı formasına önəm verməsi, daha çox hansı marka ayaqqabılara üstünlük verməsi hər zaman müzakirə mövzusu olub. Sözsüz ki, burada zövqlə yanaşı, sağlamlıq da önəmli yer tutur.

Yəhudi alimlər: Şokoladlı desert arıqlamağa kömək edir

29 Noyabr 2017 19:57

Alimlər, arığlamağla bağlı daha bir resept barədə fikir irəli sürüblər. Onların fikrincə şokoladlı desert bu məsələ olduqca təsirli yer tutur. Fəqət, bir şərtlə: şokolad səhər saatlarında həzmi-rabedən keçirilməlidir, çünki məhz həmin vaxt metabolizm daha aktiv olur, orqanizm sonradan gün ərzində "emal" edə biləcəyi kaloriləri alır. "The Telegraph" bildirir ki, tərkibində protein və karbohidratlar olan səhər seməyinə şirniyyat da əlavə olunarsa, sonradan desert yeməyə həvəs qalmır.

Britaniyalı kosmetoloq: Kompüter üzdə qırışlar yaradır

29 Noyabr 2017 19:50

Üzün vaxtından qabaq qocalmasının səbəblərindən biri də kompüter arxasında işləməkdir. Bu barədə britaniyalı kosmetoloq həkim Maykl Preyger deyib. Onun sözlərinə görə, pasiyentləri arasında kompüterin monitoru qarşısında oturan qadınların üzündə vaxtsız qocalma əlamətlərini daha çox müşahidə edib.

Soyuq havanın bilmədiyimiz faydaları...

29 Noyabr 2017 19:43

Tibb soyuq hava, qar və buzdan bəzi xəstəliklərin müalicasində istifadə edilyini təsdiqləyib. Belə ki, soyuq havanın bir çoxlarının bilmədiyi faydalar bunlardır:

Şəkillərdə obyektləri avtomatik seçmək mümkün olacaq

29 Noyabr 2017 19:38

Tezliklə şəkillərdə mürəkkəb obyektlərin seçilməsi həndəsi fiqurların dəqiq cizgilərlə seçilməsi kimi asan bir əməliyyata çevriləcək. “Adobe” şirkəti tərəfindən təqdim edilmiş yeni “Select Subject” funksiyası bir düymənin üzərinə sıxmaqla lazımi sahələri seçib ayıracaq. Bu haqda şirkət öz rəsmi twitter mikrobloqunda məlumat verib.

Gələcəkdə populyar olacaq beş texnologiya açıqlanıb

29 Noyabr 2017 19:32

Ekspertlər bazarın müasir texnologiyalara tələbatını təhlil edərək süni intellekt, neyrointerfeys və kiberidman jiletlərinin yaxın gələcəkdə populyarlıq qazanacağı qənaətinə gəliblər.

Elastik robot çəkisindən min dəfə ağır yükləri qaldıracaq

29 Noyabr 2017 19:27

Harvard və Massaçusets texnologiya institutlarının tədqiqatçıları çəkisindən təxminən min dəfə ağır yükləri qaldıra bilən elastik robot yaradıblar. Robotun süni əzələləri plastik və metaldan düzəldilib. Alimlərin təqdim etdiyi robotlaşdırılmış “əl” skeleti plastik konteyner paketli yüngül metal konstruksiyadan hazırlanıb. Paketlərdən hava sorulub çıxarılan zaman skelet yay kimi sıxılaraq qoşulmuş yükü qaldırır. Yükü aşağı salmaq üçün “əli” hava ilə doldurmaq tələb olunur.

Virtual reallıq qurğularının rüblük həcmi ilk dəfə 1 milyonu ötüb

29 Noyabr 2017 19:22

Virtual reallıq (Virtual reality, VR) qurğularının tədarük həcmi sürətlə artmağa davam edir və 2017-ci ilin iyul-sentyabr aylarında rüblük tədarük həcmi ilk dəfə 1 milyonu ötüb. Bu barədə “Canalys” şirkətinin analitikləri məlumat veriblər. Qeyd edək ki, ekspertlər hesablama zamanı yalnız öz ekranı olan VR şlem və qarniturları nəzərə alıblar.

Qabaqcıl “Honor V10” smartfonu təqdim edilib

29 Noyabr 2017 19:16

“Huawei” şirkəti yüksək dəqiqlikli böyük ekran, incə korpus və qabaqcıl kameralarla təchiz edilmiş yeni “Honor V10” smartfonunu təqdim edib. Qurğu 2,4 QHs-dək takt tezlikli səkkiznüvəli “Kirin 970” prosessoru və “Mali-G72 MP12” qrafik bloku ilə təchiz edilib və “Android 8.0 Oreo” mobil sisteminin idarəetməsi altında işləyir.

Həftəsonu Gənc Tamaşaçılar Teatrında 

29 Noyabr 2017 19:09

Həftəsonu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kiçik və böyük yaşlı tamaşaçıları üçün maraqlı, bir-birindən rəngarəng və məzmunlu tamaşalar təqdim edəcəkdir. Olaylar.az bildirir ki, teatrda dekabrın 2-də məktəblilər üçün gündüz saat 12:00 və 14:00-da Y.Şvartsın “Qırmızı papaq”, dekabrın 3-də eyni saatlarda A.Şaiqin “Danışan gəlincik” tamaşaları nümayiş etdiriləcəkdir.