Sənət Mərkəzində müsabiqə elan edilir

Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon Bələdiyyəsi, Xətai Rayonu Gənclər və İdman İdarəsi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə İslam Həmrəyliyi ili çərçivəsində Xətai rayon məktəbliləri arasında “İslam Həmrəyliyi və Multikultural dəyərlər tolerantlığın əsasıdır” adlı müsabiqə elan olunur. Olaylar.az bildirir ki, müsabiqənin keçirilməsində məqsəd yetişməkdə olan gənc nəslə bir daha əsrlər boyu formalaşmış adət-ənənələrimizi, mənəvi və multikultural dəyərlərimizi və keçmişimizi unutdurmamaqdır.

Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon Bələdiyyəsi, Xətai Rayonu Gənclər və İdman İdarəsi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə İslam Həmrəyliyi ili çərçivəsində Xətai rayon məktəbliləri arasında "İslam Həmrəyliyi və Multikultural dəyərlər tolerantlığın əsasıdır" adlı müsabiqə elan olunur.

Olaylar.az bildirir ki, müsabiqənin keçirilməsində məqsəd yetişməkdə olan gənc nəslə bir daha əsrlər boyu formalaşmış adət-ənənələrimizi, mənəvi və multikultural dəyərlərimizi və keçmişimizi unutdurmamaqdır.

Müsabiqədə əsasən, Azərbaycan, Türk və İslam ölkələrinin oxşar adət-ənənələrini, milli geyimlərini, o cümlədən, dostluğu-qardaşlığı, humanizm, tolerantlığı və sülhü özündə əks etdirən əsərlər seçiləcək.

Sərgi-müsabiqədə 14 yaşa qədər uşaqlar iştirak edə bilərlər. İştirak etmək istəyənlər əsərlərini 5-12 dekabr 2017-ci il tarixlərində Xətai Sənət Mərkəzi  yaxud Xətai Rayon Bələdiyyəsi ünvanlarından birinə təqdim etməlidirlər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31