Diqqət: Uşağınızın xəstə olmasını istəmirsinizsə...
Kuinslend Texnologiya Universitetinin professoru Kendis Lupstranın dediyinə görə, uşaqlar ağrının öhdəsindən özləri gələ bilirlər. Valideynlər özlərini ağrılar üzrə mütəxəssislər saymırlar. Lakin onlar hansısa prosedura məruz qalacaq uşaqlara ciddi təsir edə bilərlər. Həmin təsirin mexanizmi öyrənilərsə, uşağın evdə və ya həkimin qəbulunda hiss etdiyi ağrıların qarşısını almaq olar.
29 Noyabr 2017 18:35 SosialKuinslend Texnologiya Universitetinin professoru Kendis Lupstranın dediyinə görə, uşaqlar ağrının öhdəsindən özləri gələ bilirlər. Valideynlər özlərini ağrılar üzrə mütəxəssislər saymırlar. Lakin onlar hansısa prosedura məruz qalacaq uşaqlara ciddi təsir edə bilərlər. Həmin təsirin mexanizmi öyrənilərsə, uşağın evdə və ya həkimin qəbulunda hiss etdiyi ağrıların qarşısını almaq olar.
Lakin burada problem var. Uşaq xəstəxanada olanda və ya ağrılı prosedurlardan keçəndə valideynlər emosiyalarının öhdəsindən gələ bilmirlər.
"Deməli, uşaqla "işləyəndə" həkimlər valideynləri unutmamalıdırlar. Axı balaca pasiyentə təsir yolu məhz valideynlərdən keçir və bu yolla müalicənin effektivliyini artırmaq olar", - Lupstra deyib.
Ona görə də uşaq terapiyanı keçəndə valideynlər sakit qalmalıdırlar. Bu, lap balacaların müalicəsi zamanı daha aktualdır. Onlar valideynlərə baxaraq ağrının öhdəsindən gəlməyi öyrənməlidirlər. Əks təqdirdə uşaqlarda həkim qorxusu yaranır. Sia.az