Pedro "Qarabağ"dan gedir? - Özü açıqladı

Mən futbol oynamaq istəyirəm. Əgər "Qarabağ" məni istəyirsə, qalacam. Bu sözləri "Qarabağ"ın futbolçusu Pedro Enrike deyib. Braziliyalı futbolçu müqavilə ilə PAOK-a məxsusdu və "Qarabağ"da icarə əsasında çıxış edir. Onun qış fasiləsində Yunanıstaq klubuna dönəcəyi bildirilir. "Qaradağ Lökbatan"la kubok oyunundan sonra açıqlama verən Pedro "Qarabağ"dakı gələcəyindən danışıb, O, "Qışda yenidən PAOK-a qayıdacağınla bağlı xəbərlər dolaşır. Sən özün bu barədə nə düşünürsən" sualına belə cavab verib:  "Bir az qəliz məsələdi. Mən qarışmaq istəmirəm. Bunu PAOK və "Qarabağ" öz aralarında həll etməlidilər".

Qeyd edək ki, Pedro "Qarabağ"ın heyətindəki ən bahalı futbolçu hesab olunur. "Transfermarkt" ona 3 milyon avro qiymət qoyub. Fanat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31