MOK əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və “Bir” Tələbə-Könüllü proqramı arasında anlaşma memorandumu imzalanıb. Memorandumu Təhsil nazirinin müavini Firudin Qurbanov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə imzalayıb.

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və "Bir" Tələbə-Könüllü proqramı arasında anlaşma memorandumu imzalanıb. Memorandumu Təhsil nazirinin müavini Firudin Qurbanov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə imzalayıb. MOK-un mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, memorandumun imzalanmasında məqsəd gənclərin könüllülük fəaliyyətinə təşviq edilməsi, idmana və xüsusilə Olimpiya Oyunlara marağın artırılması, gənclərin asudə vaxtlarının səmərəli istifadə edilməsiüçün əlverişli mühit yaratmaq, tərəflər arasında əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir. Tədbirdə Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və "Bir" Tələbə könüllü proqramının əməkdaşları ilə yanaşı, müxtəlif idman federasiyalarının nümayəndələri iştirak edirdi.

Daha sonra Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərində fəal iştirak etmiş könüllülər təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31