Bakı Mühəndislik Universitetinin növbəti uğuru

Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin tələbələri CIMA beynəlxalq sertifikasiya imtahanının müəyyən pillələrindən azad olunacaqlar. Bu barədə məlumat “OLAYLAR”-a təhsil ocağından daxil olub. Bildirilib ki, CIMA (Chartered Institute of Management Accountants-Idarəetmə uçotu üzrə İmtiyazlı mühasiblər İnstitutu) 1919 cu ildə Böyük Britaniyada qurulmuş,350000 dən çox üzvü və tələbəsi olan idarəetmə uçotu sahəsində dünyanın ən mötəbər quruluşu hesab olunur.

Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin tələbələri CIMA beynəlxalq sertifikasiya imtahanının müəyyən pillələrindən azad olunacaqlar. Bu barədə məlumat "OLAYLAR"-a təhsil ocağından daxil olub. Bildirilib ki, CIMA (Chartered Institute of Management Accountants-Idarəetmə uçotu üzrə İmtiyazlı mühasiblər İnstitutu) 1919 cu ildə Böyük Britaniyada qurulmuş,350000 dən çox üzvü və tələbəsi olan idarəetmə uçotu sahəsində dünyanın ən mötəbər quruluşu hesab olunur. CIMA peşəkar kvalifikasıyadır və bu ixtisaslaşdırma proqramı imkan verir ki, ölkənizi və ya olduğunuz yeri tərk etmədən özünüzün biznes və idarəetmə uçotu istiqamətlərində peşəkarlığınızı və keyfiyyətli mütəxəssis olduğunuzu sübut edəsiniz. Bunun üçün CIMA tərəfindən təşkil olunan beynəlxalq sertifikasiya imtahanına girib tələb olunan nəticəni göstərmək kifayətdir. Bakı Mühəndislik Universitetinin Mühasibat uçotu və audit, Maliyyə, Biznesin idarəedilməsi və Dünya İqtisadiyyatı ixtisasları üzrə təhsil alan tələbələri ixtisaslardan asılı olaraq CIMA-nın toplam yeddi imtahanına qədər azad olma imkanı əldə edirlər.

Xatırladaq ki,BMU Azərbaycanda bakalavr üzrə bu imtahanlardan azad olan yeganə universitetdir və mühasibatlıq üzrə dərslər ACCA və CIMA tədris proqramlarına uyğun keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31