Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir
10:41 SiyasətBakıda Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, konfransda mədəniyyət naziri Adil Kərimli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, dövlət qurumlarının nümayəndələri, eləcə də müvafiq sahə üzrə mütəxəssislər iştirak edirlər.
Tədbirin əsas müzakirə mövzularını Azərbaycanda tarixi-dini abidələrin qorunması, mühafizəsi və bərpası, bu sahədə mövcud çağırışların müəyyənləşdirilməsi, həmçinin milli-mədəni və dini irsin gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər təşkil edir.
Konfrans çərçivəsində tarixi-dini abidələrin qorunmasında dövlət qurumlarının, dini icmaların, elm və təhsil müəssisələrinin əməkdaşlığı, abidələrin tədqiqi və bərpasında müasir yanaşmalar, eləcə də bu istiqamətdə gələcək fəaliyyət perspektivləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Xəbər yenilənəcək