Gündəm

Mübariz Qurbanlı vətəndaşları qəbul edib

29 Noyabr 2017 16:41

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Neftçalada vətəndaşları qəbul edib. Dini Komitədən “OLAYLAR”-a bildirilib ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Komitə sədri Mübariz Qurbanlı Neftçala, Şirvan, Hacıqabul, Salyan və Biləsuvar rayonlarının sakinlərinin müraciətlərini dinləyib.

Binəli Yıldırım: "BTQ beynəlxalq yükdaşımaların ayrılmaz tərkib hissəsidir"

29 Noyabr 2017 16:39

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi beynəlxalq yükdaşımaların ayrılmaz tərkib hissəsinə çevrilir.

Sarkisyan tələbələri əsgər aparan qanunu imzaladı

29 Noyabr 2017 16:36

Noyabrın 29-da Ermənistan prezidenti “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunu imzalayıb. Novator.az xəbər verir ki, qüvvəyə qanun təhsilə görə hərbi xidmətdən möhlətin ləğvini nəzərdə tutur. Hərbi xidmətdən möhlət yalnız Müdafiə Nazirliyi ilə mülki müqavilə bağlayan şəxslərə veriləcək. Belə müqavilə bağlayan şəxslər ali təhsilin bakalavr pilləsini başa vurduqdan sonra 3 il hərbi xidmət keçməlidir. Adi hərbi xidmət 2 ildir.

Nazir mədəniyyət müəssisələrinə baş çəkib

29 Noyabr 2017 16:35

Yevlax şəhərində vətəndaşlarla görüşən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə də tanış olub. NazirlikDən “OLAYLAR”-a bildirilib ki, ilk olaraq Yevlax şəhər Mədəniyyət Mərkəzinə gələn nazirə müəssisənin fəaliyyəti haqqında məlumat verilib. Mərkəzdə əhaliyə mədəni xidmətlərin göstərilməsi, milli adət-ənənələrin, musiqi mədəniyyətimizin təbliği istiqamətində görülən işlərdən bəhs olunub. Bildirilib ki, burada dərnəklər, kurslar, özfəaliyyət kollektivləri fəaliyyət göstərir.

Özəlləşdirmədən 1 milyarddan artıq gəlir əldə edilib

29 Noyabr 2017 16:30

Bu günə qədər dövlət əmlakının özəlləşdirilməsi nəticəsində Azərbaycan büdcəsinə 1,1 milyard manatdan çox vəsait daxil olub. Bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Elmar Məmmədyarov Kosta-Rikalı nazirlə görüşüb

29 Noyabr 2017 16:28

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə görüşüb. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, nazirlər 2017-ci ilin Kosta Rika və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə əlamətdar olduğunu qeyd edərək, ötən 20 il ərzində iki ölkə arasında mövcud siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə ediblər.

Əflatun Amaşov jurnalistin Əhəd Abıyevin adamları tərəfindən təhqir olunmasına münasibət bildirdi

29 Noyabr 2017 16:24

“Jurnalistin yazdığı yazıya görə təhqirə, hədə-qorxuya məruz qalması əsla yolverilməzdir. Belə xoşagəlməz hərəkət dövlət məmuru və ona yaxın çevrə tərəfindən həyata keçirilibsə, ancaq təəssüf doğura bilər”.

“Birinci Bakı PR Forumu” keçiriləcək

29 Noyabr 2017 16:24

Azərbaycan PR Mütəxəssisləri Assosiasiyasının (APRA) Bakıda keçirdiyi toplantıda bu barədə qərar qəbul edilib. Bu barədə məlumat “OLAYLAR”-a toplantı iştirakçılarından verilib. Bildirilib ki, “Veysəloğlu Qrup”, “AtaHolding”, “Alibayov Kommunikasiya və Konsaltinq”, Azərbaycan Sahibkarlar Konfederasiyası, “Bakcell”, “Bakı Liman”, “Premark”, “UniBank”, “İcbari Sığorta Bürosu”, “İnci Group”, “HED Academy” və bir sıra digər qurumların nümayəndələrinin iştirak etdiyi toplantıda APRA-nın 2018-ci ildə keçirəcək “Birinci Bakı PR Forumu”na hazırlıq işləri müzakirə edilib. 

Azərbaycan prezidenti: “Şərq Tərəfdaşlığı” sammiti yaxşı nəticələr verib” - YENİLƏNİB

29 Noyabr 2017 16:20

Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri xanım Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Səfir: "Brüssel sammiti Azərbaycan-Aİ sazişi ilə bağlı işlərin intensivləşməsinə kömək edib"

29 Noyabr 2017 16:17

“Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammiti çox uğurlu keçdi”. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Brüssel sammitinin nəticələrini  şərh edərkən deyib. 

Bu il Dövlət Komitəsinə daha çox aliment ödənilməməsi ilə bağlı şikayət edilib

29 Noyabr 2017 16:16

2017-ci ilin 9 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) daxil olan müraciətlərin sayı açıqlanıb. AQUPDK-nin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov  bildirib ki, Dövlət Komitəsinə uşaq və qadın hüquqlarının müdafiəsi, ailə münaqişələri ilə bağlı mütəmadi olaraq istər yazılı, istərsə də elektron ərizə və şikayətlər daxil olur.

Rusiya telekanalında Sərkisyanı göstərib dedilər: “Gəzəyən qızdır, əri olsa da özünə sevgili tapıb...”

29 Noyabr 2017 16:13

Rusiyanın NTV telekanalının “Görüş yeri” (“Mesta vstreçi”) proqramında Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalaması müzakirəyə çıxarılıb. Virtualaz.org xəbər verir ki, proqramda noyabrın 24-də imzalanan bu razılaşma “ümumerməni miqyasında tarixi hadisə” adlandırılıb. Deyilib ki, Ermənistan bununla guya müstəqil olduğunu göstərmək istəyib. Əslində isə Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığa Rusiyanın nəzarəti altında gedib. Hansı ki, həmin ərəfədə intensiv erməni-rus təmasları bunu təsdiqləyir.

Avropada yeni dəhşət: zirzəmidə 10 illik işgəncə, təcavüzlər, doğulan uşaqlar

29 Noyabr 2017 16:10

İtaliyada 52 yaşlı Aloizo Françesko Rosario Cordano həbs olunub. O, Rumıniya vətəndaşı, 29 yaşlı qadını oğurlayaraq 10 il ərzində kölə kimi saxlamaqda suçlanır. Cordano bu qadını tam 10 il sərasər evinin zirzəmisində kölə, əsir kimi saxlayıb. Qadına sürəkli işgəncələr verərək təcavüz edən Cordano qurbanını iki uşaq doğmağa da vadar edib.

"TAP-ın yubanması Cənub-Şərqi Avropaya təsir edəcək"

29 Noyabr 2017 16:07

BP şirkətinin və Beynəlxalq Enerji Agentliyinin hesabatlarına əsasən, dünya üzrə karbohidrogen ehtiyatlarının təxminən 2/3-si Avropa İttifaqının (Aİ) və Türkiyənin yaxınlığında yerləşir. Bu barədə Aİ-nin Türkiyə və Türkmənistan üzrə nümayəndəliyinin rəhbəri, səfir Kristian Berqer "Caspian Energy" jurnalına müsahibəsində bildirib.  

Tbilisi meri azərbaycanlıların yaşadığı qəsəbə ilə bağlı qərar verdi

29 Noyabr 2017 16:04

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində 33 ailənin torpaq sahəsi qanuniləşdiriləcək. Tbilisi meri Kaxa Kaladze şəhər hökumətinin iclasında deyib ki, həmin ailələrin yaşadığı sahələr bu günə qədər qanuniləşdirilməyib.