Mübariz Qurbanlı vətəndaşları qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Neftçalada vətəndaşları qəbul edib. Dini Komitədən “OLAYLAR”-a bildirilib ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Komitə sədri Mübariz Qurbanlı Neftçala, Şirvan, Hacıqabul, Salyan və Biləsuvar rayonlarının sakinlərinin müraciətlərini dinləyib.
29 Noyabr 2017 16:41 SosialAzərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Neftçalada vətəndaşları qəbul edib. Dini Komitədən "OLAYLAR"-a bildirilib ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Komitə sədri Mübariz Qurbanlı Neftçala, Şirvan, Hacıqabul, Salyan və Biləsuvar rayonlarının sakinlərinin müraciətlərini dinləyib.
Vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, dini icmaların dövlət qeydiyyatı, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri, Quran kurslarının təşkil edilməsi, məscidlərin dini təyinatlı kitablarla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.