Nazir mədəniyyət müəssisələrinə baş çəkib

Yevlax şəhərində vətəndaşlarla görüşən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə də tanış olub. NazirlikDən “OLAYLAR”-a bildirilib ki, ilk olaraq Yevlax şəhər Mədəniyyət Mərkəzinə gələn nazirə müəssisənin fəaliyyəti haqqında məlumat verilib. Mərkəzdə əhaliyə mədəni xidmətlərin göstərilməsi, milli adət-ənənələrin, musiqi mədəniyyətimizin təbliği istiqamətində görülən işlərdən bəhs olunub. Bildirilib ki, burada dərnəklər, kurslar, özfəaliyyət kollektivləri fəaliyyət göstərir.

Yevlax şəhərində vətəndaşlarla görüşən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə də tanış olub. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, ilk olaraq Yevlax şəhər Mədəniyyət Mərkəzinə gələn nazirə müəssisənin fəaliyyəti haqqında məlumat verilib. Mərkəzdə əhaliyə mədəni xidmətlərin göstərilməsi, milli adət-ənənələrin, musiqi mədəniyyətimizin təbliği istiqamətində görülən işlərdən bəhs olunub. Bildirilib ki, burada dərnəklər, kurslar, özfəaliyyət kollektivləri fəaliyyət göstərir.

Əbülfəs Qarayev daha sonra şəhərdəki Yaradıcılıq Mərkəzinin binasında fəaliyyət göstərən kukla teatrı ilə tanış olub. Nazir teatra müvafiq səhnə avadanlıqlarının veriləcəyini bildirib, onun gələcək fəaliyyəti ilə bağlı tövsiyələrini diqqətə çatdırıb. Teatr kollektivinin səhnələşdirdiyi tamaşadan parça nümayiş olunub.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31