Gündəm

Xorvat general tribunalda zəhər içdi

29 Noyabr 2017 15:54

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalda məhkəməsi keçirilən xorvat general Slobodan Pralyak hökmün elan olunmasından dərhal sonra zəhər içərək intihar edib.

"Bunu ona bağışlamayacam" - "Faytonçu" Nazimin ailəsi şokdadır

29 Noyabr 2017 15:51

Müğənni Nazim Pişyarinin onu əməliyyat edən həkim Elman Əzimovla məhkəmə çəkişməsi davam edir. Müğənni cümə günü məhkəmənin tibbi ekspertiza əsasında rəy verəcəyini bildirib: "Cümə günü Səhiyyə nazirliyinin rəyinə əsasən, məhkəmə-tibbi ekspertizasının yekun rəyi bilinəcək.

Azərbaycanda fahişəliklə məşğul olan kişilərə - AĞIR CƏZA

29 Noyabr 2017 15:50

Tacikistan prokurorları ölkənin fahişəlik əleyhinə qanununa "yüngül əxlaqlı kişilər” termininin əlavə olunmasını istəyirlər. Hazırda qüvvədə olan qanun bu cinayətə görə yalnız qadınları məsul sayır. Lakin yeni qanunvericilik homoseksualların və başqa seksual azlıqların da məsuliyyətə cəlb edilməsinə imkan verəcək. Bu tədbirdə məqsəd cinsi yolla yayılan xəstəliklərin qarşısının alınması, habelə seksual azlıqların özlərinin müdafiəsidir.

Vidadi Zeynalov ailə üzvlərinin bəzi əmlakları üzərindən həbsin götürülməsi üçün məhkəməyə müraciət edib

29 Noyabr 2017 15:38

Hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib. V. Zeynalovun qardaşı Vahid Zeynalov bildirib ki, dünən Ali məhkəməyə təqdim olunan şikayətdə ailə üzvlərinin bəzi əmlakları üzərinə qoyulan həbsin götürülməsi istənilir: “Anamın, bacımın adına olan mülklər var ki, onların da üzərinə həbs qoyulub. Halbuki bunların Vidadi Zeynalovun işi ilə heç bir əlaqəsi yoxdur”.

Bəzi tikinti şirkətlərinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

29 Noyabr 2017 15:37

Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan mütərəqqi islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikasınin Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında 28 aprel 2017-ci il tarixli Fərmana uyğun olaraq, bu sahədə vətəndaşların əmək hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

“Bakı küçələrində elə adamar dilənir ki, villaları belə var” - Sabiq polis rəisi

29 Noyabr 2017 15:35

Sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev Bakı küçələrindəki dilənçilərlə bağlı maraqlı açıqlama verib. O,  küçələrdəki dilənçilərin bəzilərinin villasının belə olduğunu deyib: "İşsizlik artmaqdadır, bunu heç kim inkar edə bilməz. Amma bir neçə yerdə evi, hətta villası olan dilənçilər də mövcuddur.

İspaniyada sərnişin qatarı relsdən çıxıb - Yaralılar var

29 Noyabr 2017 15:26

İspaniyanın Əndəlus rayonunda sərnişin qatarı relsdən çıxıb. Trend-in məlumatına görə, qəza nəticəsində 7 nəfər müxtəlif xəsarətlər alıb, 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Məşhur azərbaycanlı modelyer ACLIQ AKSİYASI EDİR- VİDEO

29 Noyabr 2017 15:20

Məşhur modelyer Leyla Əhmədova aclıq aksiyasına başlayıb. Olaylar.az bildirir ki, bu haqda müğənni Səidə Sultan öz instagram səhifəsində məlumat verib. Müğənni Leyla Əhmədovanın videosunu paylaşaraq bunları yazıb: “ Diqqət! Diqqət!... dəyərli dostlar.

İtaliya mafiyasının məşhur liderinin oğlu həbs edildi

29 Noyabr 2017 15:12

İtaliya mafiyası “Koza Nostra”nın mərhum lideri Salvador Toto Rinanın oğlu Cuzeppe Salvador Rina həbs edilib. Bu barədə informasiyanı “La Repablika” qəzeti yayıb. Məhkəmə Rinanın icbari əməyə cəlb edilməsi haqda qərar verib və onu 1 il müddətinə islah düşərgəsinə göndərib. O, narkotacirlərlə əlaqədə və gecə vaxtı yaşadığı evi tərk etməməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqda ittiham olunub.

Kremldən raket sınağı ilə bağlı açıqlama – Təxribat

29 Noyabr 2017 15:11

Moskva Pxenyanın yeni raket sınağını qınayır. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Mətbuat katibi Dmitri Peskov söyləyib.

Koreya buna qadir deyil - Klintseviç

29 Noyabr 2017 15:10

Pxenyanın yeni qitələrarası ballistik raketin ABŞ-ın istənilən nöqtəsinə çatacağı məsələsi boş söhbətdir. Bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib.

Prezident qisas üçün 90 gün verdi: Hər yoldan istifadə edin!

29 Noyabr 2017 15:08

Misir Prezidenti Əbdülfəttah Sisi Sinay yarımadasında 300-dən artıq insanın dünyasını dəyişdiyi məscid qətliamının ardından bölgənin təhlükəsizliyini artırmağa çalışır. Sisi bu barədə ordunun yüksək rütbəli zabitlərinə xitab edərkən bildirib. “Sinayda qarşıdakı 3 ay ərzində təhlükəsizlik və tərəqqini bərpa etmək sizin öhdəliyinizdədir. İstənilən formada güc tətbiq edə bilərsiniz”, - Misir prezidenti deyib.

4046 uşağa sosial xidmət göstərilir

29 Noyabr 2017 15:05

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  təşkilatçılığı ilə nazirliyin Bakının Zabrat qəsəbəsində yerləşən reabilitasiya və sosial sığınacaqlar kompleksində  “Sosial xidmət müəssisələrinin işinin təşkili: Avropa standartları və Azərbaycan təcrübəsi” mövzusunda  konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov,  Azərbaycan Respublikasının Milli Məclisinin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas,  BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Edvard Karvardin, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Yasda Quran oxunması düzgün deyil, “Yasin”insə ölüyə heç bir xeyri yoxdur - GÜNDƏM YARADACAQ İDDİA

29 Noyabr 2017 15:01

“Qurani Kərim”in heç bir yerində bu kitabın müqəddəs olması barədə ayəyə rast gələ bilməzsiniz”. Bu fikirlərin müəllifi ilahiyyatçı Elşad Miridir. O, bu fikirləri ətrafında müzakirələr səngiməmiş sosial şəbəkədə yeni bir video-müraciət yayıb. E.Miri bu müraciətilə yeni bir müzakirənin əsasını qoyub. Belə ki, ilahiyyatçı islamda sehr, siğə və ölüyə Quran oxunmaması ilə bağlı suallara cavab verəcək kitab yazdığını deyib.

Facebook intihar etmək istəyənləri tapacaq - MÜBAHİSƏLİ YENİLİK

29 Noyabr 2017 14:59

Facebook şirkəti süni intellektin xidmətlərindən istifadə edəcək. Şirkət proqramadakı paylaşımların süni intellekt vasitəsilə intihar riski daşıyıb-daşımadığını yoxlayacaq.