Gündəm
Evlərə qənim kəsilən şəxs tutulub
Sumqayıtda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il sentyabrın 30-da şəhər ərazisindəki evlərin birindən samovar və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Emil Hümbətzadə saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun cari il oktyabrın 11-dən noyabrın 9-dək olan müddətdə daha 4 evdən məişət əşyaları və təmir-tikinti alətləri, habelə 1 avtomobildən maqnitofon oğurlaması da müəyyən edilib.
Oğrunun digər əməlləri üzə çıxdı
Oğurluqda şübhəli bilinən Şamaxı rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 24-də rayon ərazisindəki meyvə-tərəvəz köşklərinin birindən 400 manat oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Nuhan Gülüncanov saxlanılıb.Ətrafında aparılan tədbirlərlə onun cari il sentyabrın 22-də Rüfət Eyvazova məxsus mobil telefonu oğurlaması da müəyyən edilib.
Paytaxtda dələduzlar saxlanılıb
Dələduzluqda şübhəli bilinən Qazax rayon sakinləri saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2 naməlum şəxs Bakı şəhər sakini Murad Pəncəliyevi aldadıb mobil telefonunu və velosipedini alıblar.
3 avtomobil qaçıran şəxs ələ keçib
Noyabrın 4-də Nərimanov rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla noyabrın 4-nə keçən gecə Ə.Dəmirçizadə küçəsində Bakı şəhər sakini Zaur Kazımzadəyə məxsus “Audi“ markalı avtomobilin yan güzgülərinin oğurlandığı müəyyən edilib.
30 milyon manatlıq dövlət istiqrazları üzrə hərrac keçirilib
28 noyabr 2017-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0102029540 ISIN kodlu, tədavül müddəti 182 gün olan 30.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir.
BDU-nun 100 illik yubileyi Avrasiya Universitetlər Assosiasiyasında
Avrasiya Universitetlər Assosiasiyasının prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadoniçi Bakı Dövlət Universitetinin rektoru, qeyd edilən Assosiasiyanın vitse-prezidenti, akademik Abel Məhərrəmova məktub ünvanlayıb. Olaylar.az bildirir ki, məktubda Avrasiya Universitetlər Assosiasiyasının 2019-cu ildə keçiriləcək əsas tədbirləri sırasına Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirinin də əlavə edilməsi əksini tapıb.
Strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti müzakirə edilib
İqtisadiyyat Nazirliyində strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar müəyyən olunmuş əlaqələndirici və məsul icraçı struktur bölmələrin nümayəndələrinin iştirakı ilə iclas keçirilib.
Dəmir yolunda daha 11,5 km yol əsaslı təmir olunur
Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsidavam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmiq Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, bu gündən etibarən Dəmir yolunun Kürəkçay-Dəliməmmədli mənzilində 11,5 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri fasiləli olmaqla 2 həftə davam edəcək və dekabr ayının ortalarında başa çatdırılacaq. Əsaslı təmir işlərini 11 saylı“İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Moskva Bakı ilə oyun oynayır
Moskva nəsə bizimlə oyun oynayır. Bir tərəfdən Dövlət Duması Georgi Zuyevi iyulun 5-də Rusiyanın Azərbaycandakı səfiri kimi təsdiq edib. Digər tərəfdən Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov bildirib ki, Georgi Zuyevin Azərbaycanda səfir vəzifəsinə namizədliyi məsələsinə baxılmır, Rusiyanın Azərbaycandakı yeni səfiri hazırda MDB ölkələrindən birində səfir vəzifəsində çalışan diplomat olacaq".
“Əzəli dostluq riştələri” sənədli filmi Səmərqənddə maraqla qarşılanıb
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Səmərqənd şəhərində keçirilən “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə həsr olunan “Əzəli dostluq riştələri” adlı sənədli filmin təqdimatı olub.
ABŞ-ın təzyiqləri Ərdoğan iqtidarının zəifləməsinə hesablanıb
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın may ayında və bu yaxınlarda baş nazir Binəli Yılıdırımın ABŞ səfəri iki ölkə arasında əlaqələrin normallaşmasına təsir etmədi. Çünki iki ölkə arasında çox ciddi problemlər yaşanır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib: “Bu problemləri, əsasən aşağıdakı kimi xarakterizə etmək olar.
Gülbən Ərgənin sevgilisi olduğu iddia edilən işadamı HƏBSDƏ
Məşhur türkiyəli müğənni Gülbən Ərgənin sevgilisi, işadamı Tolqa Duqles on gündür ki, həsbsdədi. Olaylar.az bildirir ki, işadamı şəxsiyyət vəsiqəsindəki qeyri –qanuni məlumat, dələduzluqda ittiham olunur. Tolqa Duqlesin vəkili açıqlamasında dələduzluqla bağlı ittihamı yalanladı. Onun sözlərinə görə işadamı qanunsuz silah gəzdirdiyinə və içkili halda maşın idarə etdiyinə görə həbs olunub.
Xanım jurnalistlər arasında müsabiqə keçirilir – İLK DƏFƏ
Bilik Fondu və "Kaspi" qəzeti 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə xanım jurnalistlər arasında fərdi jurnalist yazıları müsabiqəsi elan edir. "Azərbaycanın maarifçi qadınları" mövzusunda keçirilən müsabiqəyə yazıların qəbulu 08 dekabr 2017-ci il tarixində başlayır, 8 fevral 2018-ci il tarixində başa çatır. Olaylar.az bildirir ki, elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində - qəzet, jurnal və informasiya agentliklərində fasiləsiz çalışan xanım jurnalistlər müsabiqəyə yazı verə bilərlər.
Putin və Sarkisyan sabah Minskdə görüşəcək
Rusiya prezidenti Vladimir Putin sabah Belarusun paytaxtı Minskə səfər edəcək. Rusiya lideri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək. Şuranın iclası zamanı təşkilat çərçivəsində qarşılıqlı əməkdaşlıq, aktual beynəlxalq və regional məsələlər, həmçinin KTMT kollektiv təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı məqamlar müzakirə olunacaq.
FIG prezidenti: "Azərbaycan Gimnastika Federasiyasının sisteminə bir çox federasiyalar qibtə edə bilər"
Azərbaycan Gimnastika Federasiyası (AGF) dünyanın bir çox federasiyalarının qibtə edə biləcəyi sistemə malikdir. Bunu eksklüziv müsahibəsində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe deyib.














