Moskva Bakı ilə oyun oynayır

Moskva nəsə bizimlə oyun oynayır. Bir tərəfdən Dövlət Duması Georgi Zuyevi iyulun 5-də Rusiyanın Azərbaycandakı səfiri kimi təsdiq edib. Digər tərəfdən Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov bildirib ki, Georgi Zuyevin Azərbaycanda səfir vəzifəsinə namizədliyi məsələsinə baxılmır, Rusiyanın Azərbaycandakı yeni səfiri hazırda MDB ölkələrindən birində səfir vəzifəsində çalışan diplomat olacaq".

Moskva nəsə bizimlə oyun oynayır. Bir tərəfdən Dövlət Duması Georgi Zuyevi iyulun 5-də Rusiyanın Azərbaycandakı səfiri kimi təsdiq edib. Digər tərəfdən Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov bildirib ki, Georgi Zuyevin Azərbaycanda səfir vəzifəsinə namizədliyi məsələsinə baxılmır, Rusiyanın Azərbaycandakı yeni səfiri hazırda MDB ölkələrindən birində səfir vəzifəsində çalışan diplomat olacaq". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O, daha sonra bunları qeyd edib: "Belə çıxır ki, Moskva Bakının Zuyevlə bağlı iradını nəzərə alaraq onun yerinə başqa diplomatı Azərbaycana səfir göndərəcək? Kim olursa olsun rəsmi Bakı Doroxinə bənzər sakit diplomatın Azərbaycana səfir göndərilməsində israrlıdır. Gələn il Azərbaycanda prezident seçkisi keçiriləcək. 2013-cü ilin prezident seçkisində Moskvada müxtəlif ssenarilər yazıldı, "Milyarderlər ittifaqı" quruldu, bəzi fiqurlar fəallaşdı, sonra planlarından vaz keçdilər. Bunun gələn il təkrarlanmayacağına zəmanət yoxdur. Buna görə də Rusiyanın Azərbaycandakı səfirinin kimliyi 2018-ci ildə Azərbaycan üçün az əhəmiyyət daşımayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31