Gündəm

İspaniyada "gürcü mafiyası"na qarşı əməliyyat

29 Noyabr 2017 14:32

İspaniya polisi paytaxt Madriddə və Kataloniyada “gürcü mafiyası”nın üzvlərinə qarşı əməliyyatlar keçirib. Məlumata görə, əməliyyat çərçivəsində paytaxtda və Barselonada bir neçə evdə axtarışlar aparılıb. Əməliyyatlar zamanı bir neçə nəfər saxlanılıb. Saxlananların sayı barədə məlumat verilməyib.

Ədliyyə Akademiyasında icbari təlim kursuna başlanılıb

29 Noyabr 2017 14:27

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 500 nəfərdən çox namizədlə keçirilmiş növbəti müsabiqəyə yekun vurularaq, uğur qazanmış 95 namizəd peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunub. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, Akademiyada 3 ay davam edəcək kursun proqramı müasir tədris metodu əsasında hazırlanıb.

Komitə sədri: “Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşaması mədəniyyəti formalaşıb”

29 Noyabr 2017 14:26

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində İsveçin Dini icmalara dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Goranssonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. MM-dən “Olaylar”a verilən məlumata görə, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov nümayəndə heyətinin üzvlərini Azərbaycan parlamentində salamlamaqdan məmnunluq duyduğunu dedi.

Ağa qara deyənlərdən mənfur kampaniya - Sayıq olmalıyıq

29 Noyabr 2017 14:15

Daxili İşlər Nazirliyi 2015-ci ilin noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirmişdi. Rəsmi məlumata görə, əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılmışdı.

Afaq Bəşirqızı yenidən səhnədə

29 Noyabr 2017 14:05

Dekabrın 3 –də Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” iki hissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq. Teatrın Mətbuat xidmətindən Olaylar.az –a bildirilib ki, səhnə əsəri Respublikanın Xalq artisti, “Şöhrət” ordenli Afaq xanım Bəşirqızının iştirakı ilə baş tutacaq. A. Bəşirqızı tamaşada baş qəhrəmanı – Nisə obrazını canlandırır.

İzzətdən Səmranın "brendəm" sözlərinə sərt cavab

29 Noyabr 2017 14:00

"Eurovision" təmsilçilərimizdən olan Səmra Rəhimlinin "Mən brendəm" sözlərinə bu dəfə müğənni İzzət Bağırzadə sərt reaksiya verib. Sənətçi "ATV maqazin onlarla"ya açıqlamasında müğənnilərin özlərini "brend" adlandırmasını qəbullanmadığını deyib: "Brend ancaq pal-paltar görmüşəm.

Ermənistan ordusunda xain axtarışı

29 Noyabr 2017 13:55

Ermənistanda hərbi sahədə vəziyyət hər ötən gün bir qədər də mürəkkəb və gərgin xarakter alır. Bir tərəfdən irduda əsgər çatışmamazlığı, digər tərəfdən hərbi sahəyə məsul şəxslərin korrupsiya və rüşvətxorluq hallarına yol verməsi sadə ermənilərin orduya olan inam və etibarını tamamilə heçə endirib.

Azərbaycanın müstəqiliyini həzm edə bilməyənlər

29 Noyabr 2017 13:53

Nardaran hadisələrindən keçın qısa müddət ərzində qəsəbə simasını tamamilə dəyişib, bütün dövlət orqanları, sosial-iaşə obyektləri işlək vəziyyətə gətirilib.Təhsil, səhiyyə müəssisələrinin fəaliyyəti bərpa edilib, sakinlərin məşğulluq problemi həllini tapıb. Çox təəssüf ki, bir müddət öncə qəsəbədə 7 nəfərin ölümü, 4 nəfərin yaralanması və 14 nəfərin həbs olunması ilə nəticələnən qarşıdurma baş verdi.

Sizin simanız varmı, cənab Yaqland?

29 Noyabr 2017 13:45

Əgər Rusiya təşkilatımızın sıralarını tərk edərsə, Avropa Şurasına böyük zərbə dəyəcək. Buna görə də Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması məsələsini müzakirə edirik.

Rusiyanın Ermənistana satacağı təbii qazın qiyməti açıqlandı

29 Noyabr 2017 13:43

Rusiyanın gələn il Ermənistana satacağı təbii qazın qiyməti müəyyənləşib.  Yerevan min kubmetr qazı 150 dollara alacaq.  Bu razılaşma 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək qüvvədə olacaq. Ermənistan hökuməti Rusiyadan təbii qaz alınması ilə bağlı müqaviləni noyabrın 30-da keçiriləcək iclasında müzakirə edəcək. 

Son iki ildə müasirləşən Nardaran - Görülən işlər

29 Noyabr 2017 13:40

Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində geniş quruculuq-abadlıq işləri aparılıb. Qəsəbə ərazisi yenidən qurulub. Qəsəbənin abadlaşdırılması, sosial-mədəni infrastrukturun yenilənməsi məqsədi ilə aparılan kompleks tədbirlər çərçivəsində ilk olaraq ərazinin mərkəzi küçələri yenidən qurulub.

7 metr uzunluğundakı ilanı evinə apardı və...

29 Noyabr 2017 13:39

Tailandın 55 yaşlı sakini Sauan Tabklai bazar günü evinin həyətində gördüyü piton ilanı evinə aparıb. O, 7 metr uzunluğu olan ilanı şüşə qabın içinə qoyub. Gecə ilana baxmaq üçün qabın qapağını açan şəxsin boğazına dolanan ilan onu boğub. Suan Tabkainin bacısı evdəki səsə oyanaraq qardaşının yanına gəlib və dəhşətli mənzərə ilə qarşılaşıb. Hadisə yerinə gələn polis ilanı odlu silahla öldürüb.

Rusiyanın Ermənistandakı səfiri dəyişdirilir

29 Noyabr 2017 13:33

Tezliklə Ermənistanda Rusiya Federasiyasının yeni fövqəladə və səlahiyyətli səfiri təyin ediləcək. Bu haqda Ermənistanın “Joxovurd” qəzeti yazıb. “Məsələ ondadır ki, 2018-ci il martın 22-də səfir İvan Volınkin 5 illik vəzifə müddəti başa çatır.

Azərbaycan çempionatında KÜTLƏVİ SAXTAKARLIQ - AFFA qərar verdi

29 Noyabr 2017 13:31

Aşağı yaş qrupları üzrə Azərbaycan çempionatında kütləvi saxtakarlıq halları aşkarlanıb. Bu barədə AFFA İntizam Komitəsinin qərarlarında bildirilir. Sadalanan faktlara əsasən, U-17 Liqasının “Kəpəz” – “Mil-Muğan” matçında qonaq komandanın heyətində lisenziyası olmayan futbolçu iştirak edib.

2018-ci ildə bu münaqişələr dünya müharibəsinə keçəcək - PROQNOZ

29 Noyabr 2017 13:30

“2018-ci ildə qlobal müharibə ehtimalı çox yüksəkdir. İki regiondakı gərginlik qlobal müharibəyə keçə bilər”. Bu xəbərdarlıqla İsveçrənin “Le Temps” nəşrinin siyasi müşahidəçisi, keçmiş səfir Fransua Nordmann çıxış edib. “Dünyada geosiyasi vəziyyət pisləşməkdə davam edir. Gərginliyin iki mərkəzi xüsusi narahatlıq yaradır: Koreya yarımadası və Yaxın Şərq”, - məqalədə deyilir.