Komitə sədri: “Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşaması mədəniyyəti formalaşıb”

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində İsveçin Dini icmalara dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Goranssonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. MM-dən “Olaylar”a verilən məlumata görə, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov nümayəndə heyətinin üzvlərini Azərbaycan parlamentində salamlamaqdan məmnunluq duyduğunu dedi.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində İsveçin Dini icmalara dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Goranssonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. MM-dən "Olaylar"a verilən məlumata görə, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov nümayəndə heyətinin üzvlərini Azərbaycan parlamentində salamlamaqdan məmnunluq duyduğunu dedi. O, qonaqlara parlamentin fəaliyyəti, qanunvericilik bazasının təkmilləşdirilməsi, deputatlar üçün yaradılmış iş şəraiti barədə məlumat verdi. Qeyd edildi ki, parlamentdə müxtəlif sahələri əhatə edən 15 komitə mövcuddur. Qarşılıqlı əlaqələrin inkişafında parlamentlər əhəmiyyətli rola malikdir. Diqqətə çatdırıldı ki, müsəlman Şərqində ilk demokratik dövlət məhz Azərbaycan Xalq Cümhuriyyəti olub. 2018-ci ildə xalqımızın tarixində mühüm hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi qeyd olunacaq. Bu gün Azərbaycan demokratik, dünyəvi, hüquqi dövlətdir. Ölkəmizdə din dövlətdən ayrıdır. Konstitusiyamızda dini azadlıqlarla bağlı normalar təsbit olunub. Milli Məclisdə dini münasibətləri tənzimləyən hüquqi aktlar, o cümlədən "Dini etiqad azadlığı haqqında" qanun qəbul olunub. Cəmiyyətdə müxtəlif konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşaması mədəniyyəti formalaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31