Afaq Bəşirqızı yenidən səhnədə
Dekabrın 3 –də Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” iki hissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq. Teatrın Mətbuat xidmətindən Olaylar.az –a bildirilib ki, səhnə əsəri Respublikanın Xalq artisti, “Şöhrət” ordenli Afaq xanım Bəşirqızının iştirakı ilə baş tutacaq. A. Bəşirqızı tamaşada baş qəhrəmanı – Nisə obrazını canlandırır.
29 Noyabr 2017 14:05 Teatr və kinoDekabrın 3 -də Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın "Bankir adaxlı" iki hissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq. Teatrın Mətbuat xidmətindən Olaylar.az -a bildirilib ki, səhnə əsəri Respublikanın Xalq artisti, "Şöhrət" ordenli Afaq xanım Bəşirqızının iştirakı ilə baş tutacaq. A. Bəşirqızı tamaşada baş qəhrəmanı - Nisə obrazını canlandırır.
Tamaşada rolları Afaq Bəşirqızı ilə yanaşı, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Hüseyn Əlili, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Gülçöhrə Abdullayeva, Gültac Əlili, Elçin İmanov, Ruslan Mürsəlov və Fərid Rzayev ifa edirlər.
Tamaşanın quruluşçu rejissoru Faiq Zöhrabov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşaya Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev dirijorluq edəcək.