Azərbaycanın müstəqiliyini həzm edə bilməyənlər
Nardaran hadisələrindən keçın qısa müddət ərzində qəsəbə simasını tamamilə dəyişib, bütün dövlət orqanları, sosial-iaşə obyektləri işlək vəziyyətə gətirilib.Təhsil, səhiyyə müəssisələrinin fəaliyyəti bərpa edilib, sakinlərin məşğulluq problemi həllini tapıb. Çox təəssüf ki, bir müddət öncə qəsəbədə 7 nəfərin ölümü, 4 nəfərin yaralanması və 14 nəfərin həbs olunması ilə nəticələnən qarşıdurma baş verdi.
29 Noyabr 2017 13:53 SosialDini inqilab ixracını niyə həyata keçirə bilmədilər?
Nardaran hadisələrindən keçın qısa müddət ərzində qəsəbə simasını tamamilə dəyişib, bütün dövlət orqanları, sosial-iaşə obyektləri işlək vəziyyətə gətirilib.Təhsil, səhiyyə müəssisələrinin fəaliyyəti bərpa edilib, sakinlərin məşğulluq problemi həllini tapıb. Çox təəssüf ki, bir müddət öncə qəsəbədə 7 nəfərin ölümü, 4 nəfərin yaralanması və 14 nəfərin həbs olunması ilə nəticələnən qarşıdurma baş verdi. Həlak olanlardan 2-si Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, digər 5 nəfər isə qəsəbə sakinləri olmuşdur. Hadisədən sonra Nardaranlılar qəsəbədə etiraz aksiyası keçirib, barrikadalar qurub və yaşayış məntəqəsinə giriş-çıxışı bağlayıblar. Hadisədən 3 gün sonra Nardaran Ağsaqqallar Şurası İmam Hüseyn meydanının boşaldılması və barrikadaların sökülməsi haqqında qərar qəbul edib. Bundan sonra 1-2 dekabr 2015-cil tarixlərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu Nardaranda birgə əməliyyat keçirib, qəsəbənin küçə və meydanlarından dini simvollar o cümlədən bayraq, şüar və yazılar götürülüb, qəsəbədə bəzi evlərdən silah-sursatın aşkar olunaraq götürüldüyü və daha 19 nəfərin həbs olunduğu iddia olunub. Maraqlıdır, niyə Azərbaycanın dövlətçilik əlehinə, onun konstitusion quruluşunun dəyişdirilməsinə cəhdlər məhz Nardaranda baş verirdi?
Xatırladaq ki, Nardaran qəsəbəsi 1991-ci ildən bəri dindarlığı ilə digər Bakı kəndlərindən seçilir. Belə ki, Azərbaycan İslam Partiyası kimi islamçı təşkilatlar məhz bu qəsəbədə yaranmışdır. Qəsəbə sakinləri 2000, 2002 və 2006-cı illərdə kütləvi etiraz aksiyaları keçirmişlər. 2002-ci ilin iyun ayında keçirilmiş etiraz aksiyasında həm polis əməkdaşları, həm də qəsəbə sakinlərinin ölümü ilə nəticələnən böyük qarşıdurma yaranmışdır. Həmin hadisədən sonra polis və hüquq mühafizə orqanları Nardarana elə də güclü müdaxilə edə bilməmişdir. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, 26 noyabr hadisələrinə qədər Nardaranda polislə 23 dəfə qarşıdurma qeydə alınıb. Sonrakı illərdə islamçı idealogiyaya sahib Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov, Hacı Tale Bağırzadə və digərlərinin həbsindən sonra qəsəbədə vəziyyət getdikcə gərginləşmişdir. Ən son qarşıdurma 6 noyabr 2015-ci ildə Bakıxanov qəsəbəsində Müsəlman Birliyi Hərəkatının idarə heyətinin sədri Elçin Qasımlının həbsindən sonra yaranmışdır. Hadislərdən qabaq Nardaran Bakıda yeganə yaşayış məntəqəsi idi ki, burada divarları əksəriyyəti ərəb əlifbası ilə yazılmış dinə-ibadətə çağırışlar "bəzəyirdi". Divarlarda "Hər gün Aşura, hər yer Kərbəla", "Ya Hüseyn", "Qadınların ən qiymətli zinəti hicabdır" kimi şüarlara rast gəlmək olurdu. Onu da qeyd edək ki, Nardaran yeganə yaşayış məntəqələrindəndir ki, qızlar 1-ci sinifdən başlayaraq könüllü hicab bağlayırlar. Bununla da qızlar adətən 5-6-cı sinifdən sonra təhsillərini davam etdirmirlər.Yeri gəlmişkən qeyd edək ki, valideyinlər də bu "ənənəyə" canla, başla sadiq qalırlar.
Təbii ki, İransayağı dunu qaydalara müntəzir olan kəsimlər çox asanlıqla bu dövlətin xüsusi xidmət orqanının təsiri altına düşməli idi. Belə də oldu, Nardaranda baş verən hadisələrdə İranın izinin olması faktı dəfələrlə təsdiqini tapdı. Məlum oldu ki, Nardaranda dini təxribatla məşğul olan şəxsləri bu ölkə maliyyələşdirirmiş. İstintaq materiallarında sübut olunub ki, Taleh Bağırzadə və onun dəstəsi İrandan maliyyə dəstəyi alaraq, dövlətə qarşı təxribata əl atmaq niyyətində olub. Əks halda dini savadı kifayət qədər olmayan bir şəxsin bahalı maşınlarda gəzməsi nəyin hesabına başa gələ bilərdi? "Müsəlman qardaşları təşkilatının" regionlarda yayılması təbii ki, müftə başa gəlmirdi. Məsələ orasındadır ki, İran dövləti indinin özündə də Azərbaycanın müstəqilliyini həzm edə bilmir. Bu səbədən də agentura şəbəkəsi ölkəmizin müxtəlif əyalətlərində təxribatlar törətməyi qarşılarına məqsəd qoyublar. Bir daha qeyd edək ki, Nardaran hadisələrində İranın izinin olması şübhəsiz idi. Çünki gizli çəkilmiş videokadrlardan da görünürdü ki, Taleh Bağırov İranlı ayətullahların əllərini əyilərək öpür. Orada keçirilən tədbirlərdə Azərbaycan bayrağına, Azərbaycanın rəmzlərinə rast gəlmək çox çətin məsələ idi. Daha çox İranın və ya dini xarakterli bayraqlar qaldırılırdı. Beləliklə Nardaran İranla sıx əlaqədə olduğundan qəsəbə sakinlərinin dövlətçilik ideyası əsasında birləşdiriləsi müəyyən çətinliklər yaradırdı. Çünki, İran bu ərazidə təkcə ideoloji təbliğat aparmır, həm də qəsəbə sakinlərinin silahlandırmasında da iştirak edirdi. Burada əsas məqsəd Azərbaycanın dövlət quruluşunu zorla dəyişib dinə əsaslanan şəriət dövləti yaratmaq idi. Daha doğrusu, İran Nardarana dini inqlabı ixrac etməyə çalışırdı. Məqsədinə nail olmaq üçün ideoloji təbliğat vasitələrindən gen-boluna istifadə edirdi. Təsadüfi deyil ki, İran KİV-ləri Narfaran hadisələrini özünəməxsus tərzdə yayımlayırdı. Belə ki, Nardaranda ölən islamçı ekstremistləri "şəhid", vəzifə borcunu yerinə yetirərkən həlak olan şəhid polisləri isə "ölü" kimi oxuculara təqdim edirdi. Buradan belə qənaətə gəlmək olar ki, İran dövlət uğrunda şəhid olan polislə terrorçuları bir tərəziyə qoymaqla ikinci tərəfin yanında olduğunu dolayısı yolla nümayiş etdirir. Bu isə birmənalı şəkildə təxribat və Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilməlidir. Hadisə ilə bağlı İranın Azərbaycandakı səfirinin bəyənatında isə Nardaranda baş verənləri birbaşa şiə-sünni davasına bağlayıb, ölkəmizdə məzhəb davasına zəmin yaratmağa cəhd edirdi. Acınacaqlı məsələ ondan ibarət idi ki, bu işdə Azərbaycan müxalifətə İrana dəstək verirdi. Hakimiyyətə qanuni yolla gəlmək imkanını itirən müxalifət öz məqsədinə nail olmaq üçün Azərbaycandakı konstitusiya nizamına qarşı çıxan qüvvələrdən istifadə etməyə hazır idi. Nardaran hadisələrində döyüşə atılan piyada rolunu AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı öz üzərinə götürdü, ölkədə açıq dini çevrilişə dəstək oldu. Bu isə dövlətçilik üçün, millətin gələcəyi üçün təhlükəli addım hesab edilirdi. Ona görə də baş verən hadisələrlə bağlı ciddi tədbirlərin görülməsi zərrəti yaranmışdı. Ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinin qarşısını almaq məqsədilə Azərbaycan dövləti qəti qərarlar qəbul edərək qəsəbənin ekstremis qüvvələrdən təmizlənməsinə nail oldu. İndi Nardaranda həyat öz axarı ilə davam edir, hökumət qəsəbədə çoxsaylı sosial-iqtisadi layihələr həyata keçirir.
Nurlan