Ağa qara deyənlərdən mənfur kampaniya - Sayıq olmalıyıq
Daxili İşlər Nazirliyi 2015-ci ilin noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirmişdi. Rəsmi məlumata görə, əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılmışdı.
29 Noyabr 2017 14:15 SosialDaxili İşlər Nazirliyi 2015-ci ilin noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirmişdi. Rəsmi məlumata görə, əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılmışdı.

Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü öldürülmüş, daha bir neçə nəfəri yaralanmışdı. Silahlı dəstəni zərərsizləşdirərkən öz xidməti vəzifələrini yerinə yetirən 2 polis əməkdaşı həlak olmuşdu. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülmüşdü. Bundan sonra özünü "Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri elan edən Taleh Bağırov başda olmaqla, cinayətkar dəstənin 14 üzvü saxlanılaraq istintaqa cəlb edilmişdi.
Çoxları işin mahiyyətindən xəbərdar olmadığından bəziləri Nardaranda baş verən hadisələrdə qəsəbə sakinlərini, sadə nardaranlıları da günahlandırırdı. Lakin sonradan məlum oldu ki, bunun Nardaran camaatının mütləq əksəriyyəti ilə heç bir əlaqəsi yoxdur.

Bəlli oldu ki, özlərini "hüseynçilər" adlandıran bir qrup şəxs (əslində, onların əsl şiəliklə də heç bir əlaqəsi yoxdur, çünki şiəlik terroru tam inkar edir) Bakıya "Kərbəla", "Mehdi", "Rizvan" adlı alaylar yeritmək, ölkənin müxtəlif yerlərində terror aktları törətmək planları quran, millətini və ölkəsini kənar qüvvələrin maraq və mənafelərinə qurban verməyə çalışırmışlar.
Azərbaycan ictimiayyəti bütün bunları artıq çox gözəl bilir və xarici qüvvələrin dəstəyi ilə din pərdəsi altında ölkənin konstitusion quruluşunu zorla dəyişmək istəyənlərin niyyətlərini pisləyir. Maraqlıdır ki, üstündən 2 il keçməsinə baxmayaraq, yenə də bəzi qüvvələr Nardaran hadisələrini guya onun ildönümünü xatırladırmış kimi önə çıxarır, əslində isə, Azərbaycana qarşı sürəkli qarayaxma kampaniyası aparmağa çalışırlar. Onlar müxtəlif media mexanizmləri ilə polisin guya cinayətkarlara deyil, adi inanclı insanlara qarşı əməliyyat apardığını sübut etməyə çalışırlar. Bununla bağlı birbaşa xarici ölkələrdən maliyyəşən bəzi KİV-lərdə və sosial şəbəkələrdəki səhifələrində planlı şəkildə materiallar yayılır.

Məsələn, bu baxımdan "Azadlıq radiosu" xüsusi fəallığı ilə seçilir. Bu radio Nardaran hadisələrinin 2 ilinin tamam olması ilə bağlı ardıcıl materiallar hazırlayır, köhnə materialları yenidən paylaşır. Bu radio Azərbaycanda dini təfriqə yaratmaq üçün mütəmadi materiallar hazırlayır, paylaşır. Hakimiyyəti zorla devirmək istəyən şəxsləri isə tənqid etmək əvəzinə hüquqların müdafiəsi adı altında onları az qala dəstəkləyir, təbliğ edir.
Eyni zamanda, "nur-az.com" adlı saytın və onun Facebook səhifəsində Nardaranda polis əməliyyatı zamanı qətlə yetirilmiş cinayətkarla şəhid kimi qələmə verilir. Taleh Bağırovun "lider"i olduğu və Nardaran hadisələrinin əsas katalizatoru olan "Müsəlman Birliyi Hərəkatı"nın üzvü Emin Əliyevin həbsinin əsl səbəblərini gizlədərək polisə və məhkəmə sisteminə şər atır, hüquq-mühafizə orqanlarının fəaliyyətini kölgə salmağa çalışır. Niyə? Məqsəd nədir?
Bütün bunlar ötən il Türkiyədə 15 iyun hadisələri zamanı dövlət çevrilişi etmək istəyənlərlə bağlı Qərbdə aparılan anti-Türkiyə təbliğatı kampaniyasını xatırladır. Görünür, əmr eyni yerdən gəlir. Əmrin müti icraçıları isə bəlkə də heç bunun fərqində deyillər...
Əsk halda Azərbaycanın müstəqil siyasət yürütməsini bəyənməyən, onu öz əlaltısına çevirmək istəyən qüvvələrə dəstəvuz olanlar Nardaranın son 2 ildə nə qədər dəyişdiyini qeyd edərdilər. Lakin onlar Azərbaycan preizdenti İlham Əliyevin birbaşa nəzarəti və tapşırıqları ilə bu qəsəbədə hansı islahatların aparıldığını, necə zülmətdən işığa çıxdığını qətiyyən yada salmırlar. Onlar üçün qar da qapqara rəngdədir.

Qeyd edək ki, Nardaran hadisələrindən ötən müddət ərzində burada misli görünməyən miqyasda geniş abadlıq-quruculuq işləri aparılıb. Burada xarici qüvvələrin təsiri altında olan cinayətkar dəstənin üzvlərinin təzyiqi ilə iflis hala düşmüş dövlət qurumlarının müvafiq idarələrinin fəaliyyətini bərpa edildi, əhalinin kommunal şəraiti yaxşılaşdırıldı, onların illərdir yığılıb qalan kommunal borcları silindi, güzəştlər tətbiq olundu. Qəsəbinin yolları tamamilə dünya standartları səviyyəsində yenidən quruldu, məktəb və bağçaların normal fəaliyyəti bərpa edildi. İnsanlar küçələrdə sərbəst, qorxusuz gəzməyin nə olduğunu real hiss etməyə başladılar.

Amma bütün bunlar anti-azərbaycançıları maraqlandırmır. Onların öz ideoloji platforması, planları var. Lakin onlar anlamalıdırlar ki, onların mənfur və mənhus niyyətləri baş tutmayacaq. Çünki zaman o zaman deyil. Onlardan fərqli olaarq xalq ağı qaradan seçməyi bacarır...
Milli.az