Dəmir yolunda daha 11,5 km yol əsaslı təmir olunur
Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsidavam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmiq Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, bu gündən etibarən Dəmir yolunun Kürəkçay-Dəliməmmədli mənzilində 11,5 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri fasiləli olmaqla 2 həftə davam edəcək və dekabr ayının ortalarında başa çatdırılacaq. Əsaslı təmir işlərini 11 saylı“İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
29 Noyabr 2017 14:46 SosialAzərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsidavam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bu barədə məlumat "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, bu gündən etibarən Dəmir yolunun Kürəkçay-Dəliməmmədli mənzilində 11,5 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri fasiləli olmaqla 2 həftə davam edəcək və dekabr ayının ortalarında başa çatdırılacaq. Əsaslı təmir işlərini 11 saylı"İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 417 km dəmir yolu əsaslı təmir olunub.