Gündəm

Əli Kərimlinin növbəti yalanı

1 Dekabr 2017 16:59

“Bu yaxınlarda Əli Kərimli öz video müraciətində bir daha hazırkı hakimiyyəti korrupsiyada, rüşvətxorluqda ittiham edib və hətta bir qədər də irəli gedərək 92-93-cü il AXC-Müsavat cütlüyünün "uğurlarından'" danışıb.  Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Cəbrayıl Fərzəliyev deyib ki, birmənalı olaraq AXC hakimiyyətini iqtisadiyyatın tənəzzülü və korrupsiyanın çiçəklənməsi dövrü kimi xarakterizə etmək olar: “AXC hakimiyyəti illərində ölkə iqtisadi sahədə də acınacaqlı vəziyyətlə üz-üzə qalmışdı. Hakimiyyət nümayəndələrinin məsuliyyətsiz bəyanatları ölkənin ənənəvi iqtisadi tərəfdaşları ilə münasibətlərinin korlanmasına səbəb olmuşdu.

Miqrasiya Xidməti regional toplantı keçirib

1 Dekabr 2017 16:57

Dövlət Miqrasiya Xidməti Qəbələ şəhərində fəaliyyət göstərən regional “ASAN xidmət” mərkəzində  mərkəzin işçilərinin və ASAN Könüllülərinin iştirakı  ilə  görüş keçirib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, tədbir iştirakçılarına 2007-ci ildə yaradılmış DMX-nin fəaliyyəti, qurumun funksiyaları, əcnəbilərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları, işə cəlb olunma qaydaları, DMX-nın elektron və onlayn xidmətləri barədə geniş məlumat verilib. 

Kürdəmirdə yeniyetmə özünü güllələyib

1 Dekabr 2017 16:55

Kürdəmirdə silahlı insident olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, noyabrın 30-da Kürdəmir rayonunun Mollakənd kənd sakini olan yeniyetmə, atası Rakifə məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.

999 nəfər işə qəbul üçün qeydiyyatdan keçib

1 Dekabr 2017 16:53

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin qeydiyyat mərhələsi yekunlaşıb. İdarədən “OLAYLAR”-a bildirilib ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 999 nəfər https://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib. Onlardan 101-i Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 267-i uşaq birliyi təşkilatı rəhbəri, 631-i laborant olmaq istəyən şəxslərdir. 

Növbəti Bilik Evi Ağdaşda açıldı

1 Dekabr 2017 16:51

Dekabrın 1-də Bilik Fondu və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdaş Bilik Evinin açılış mərasimi olub. Olaylar.az bildirir ki, Ağdaş rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək Bilik Evinin açılış mərasimindən öncə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla görüşüb. Oktay Səmədov Bilik Fondunun ölkə ərazisində apardığı maarifləndirici işlərdən danışaraq Bilik evlərinin açılmasını bu yöndə atılan əhəmiyyətli addım kimi qiymətləndirib. Sonra Tofiq İbrahimov və Oktay Səmədov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Heydər Əliyev Mərkəzində gənclərin əl işləri və rəsm əsərləri ilə tanış olublar.

Səhiyyə sahəsində Azərbaycanda ilk dəfə

1 Dekabr 2017 16:51

Azərbaycan səhiyyəsi daha bir uğura imza atıb. “OLAYLAR”-ın xəbərinə görə, Mərkəzi Klinik Xəstəxanada ölkəmizdə ilk dəfə olaraq aortanın laylanmış (dissekan) anevrizması “hibrid metodla” müalicə edilib. Əməliyyat Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru, ürək-damar cərrahı Kamran Musayev və onun komandası tərəfindən həyata keçirilib. Xəstəlik barədə məlumat verən Dr. Kamran Musayev bildirib ki, insan orqanizminin ana damarı olan aortanın daxili qişasının cırılması ilə müşahidə olunan bu xəstəlik zamanı ölüm riski yüksəkdir:

ŞAD XƏBƏR: İlham Əliyev əhaliyə veriləcək pulun miqdarını artırdı

1 Dekabr 2017 16:50

"Prezidenti İlham Əliyev tərəfindən ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə düzəliş edilib. Düzəlişə əsasən gələn il üçün ehtiyac meyarı 130 manata çatdırılıb". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Məşhur aktyor Tamer Karadağlı Musiqili Teatrda

1 Dekabr 2017 16:50

Bu günlərdə Bakıya qonaq gələn Türkiyənin məşhur aktyoru, əslən Azərbaycandan olan Tamer Karadağlı Azərbaycan Dövlət Musiqili Teatrında olub. Teatrın Mətbuat xidmətindən Olaylar.az –a  bildirilib ki, ölkəmizdə də kifayət qədər populyar olan ünlü sənətçini istedadlı azərbaycanlı aktrisa, İstanbul Bələdiyyəsi Şəhər Teatrları Bədii rəhbərinin müavini Məlahət Abbasova müşaiyət edib. Mötəbər qonaqları Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Daha sonra H. Hüseynov qonaqları teatrın inzibati binası ilə tanış edib.

FHN tələbələri təltif edib

1 Dekabr 2017 16:38

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda keçirilən elmi-texniki konfransda Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup tələbəsi də iştirak edib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun “Metallurgiya” fakültəsinin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələrindən-Şəmsi Əliyev, Natiq Novruzov və Kamran Mirzəyev müxtəlif mövzularla konfransın plenar və bölmə iclaslarında məruzələrlə çıxış ediblər. Tələbələrin məruzələri maraqla dinlənilib və məruzələri fərqləndiyinə görə Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov tərəfindən Fəxri Fərmanla təltif olunublar.

Ömürlük cəza alan futbolçu xarici ölkədə OYNAYA BİLƏRMİ?

1 Dekabr 2017 16:36

Xəbər verdiyimiz kimi, “Keşlə”nin müqaviləsinə xitam verdiyi Mirhüseyn Seyidovu AFFA ömürlük futboldan uzaqlaşdırıb. M.Seyidov bu qadağadan sonra karyerasına xaricdə davam etdirmək qərarına gəlib. Bəs bu, hüquqi cəhətdən mümkündürmü? Bu suala cavam tamağa çalışdıq.

Fransis Malij: "Metsamor" AES bağlanmalıdır - Video

1 Dekabr 2017 16:34

Ermənistan Cənub Qafqazda təkcə təhlükəsizliyi təhdid etmir, həm də bölgədə ətraf mühiti radioaktiv tullantılarla çirkləndirir. Bu ölkədəki "Metsamor" Atom Elektrik Stansiyası və Qacaran Mis-Molibden Zavodu ekologiya üçün təhlükə mənbəyidir. Bunu yalnız Azərbaycan tərəfi bəyan etmir və vəziyyətin ağır olması indi Avropanı da narahat etməyə başlayıb.

Hamilə qadını zorlayıb, uşağı ilə birgə öldürən cani: Bilmədik - VİDEO

1 Dekabr 2017 16:32

Sakaryada evindən qaçırılan, 9 aylıq hamilə olan suriyalı qadını zorladıqdan sonra yanındakı uşağı ilə birgə öldürən qatillər məhkəmədəki ifadələri ilə hər kəsi dəhşətə gətiriblər.

LIBRAFF və TEAS Press “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında

1 Dekabr 2017 16:30

Dekabrın 1 – dən 2018 – ci il yanvarın 15 – dək LIBRAFF və TEAS Press “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında iştirak edəcək. Olaylar.az bildirir ki, xeyriyyə yarmarkasında 20 faizədək endirimli qiymətlərlə kitab və dəftərxana ləvazimatlarını əldə etmək mümkün olacaq.

28 yaşlı İTKİN GƏLİN tapıldı - Əri ilə bir yerdə yaşamaq istəmir

1 Dekabr 2017 16:29

Bakının Qaradağ rayonunda itkin düşən gəlin tapılıb. Bu barədə Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən məlumat verilib.

Rusiyaya vurulacaq ən güclü zərbənin DETALLARI: Putinə seçki “HƏDİYYƏSİ”

1 Dekabr 2017 16:27

Rusiyanın xüsusi xidmət orqanları Moskvaya qarşı yeni sanksiyaların tətbiqinə hazırlıqla bağlı Avropa ölkələri və bir sıra başqa dövlətlərdə ABŞ-ın maliyyə kəşfiyyatının görünməmiş fəallığını qeydə alıb.