Miqrasiya Xidməti regional toplantı keçirib
Dövlət Miqrasiya Xidməti Qəbələ şəhərində fəaliyyət göstərən regional “ASAN xidmət” mərkəzində mərkəzin işçilərinin və ASAN Könüllülərinin iştirakı ilə görüş keçirib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, tədbir iştirakçılarına 2007-ci ildə yaradılmış DMX-nin fəaliyyəti, qurumun funksiyaları, əcnəbilərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları, işə cəlb olunma qaydaları, DMX-nın elektron və onlayn xidmətləri barədə geniş məlumat verilib.
1 Dekabr 2017 16:57 SosialDövlət Miqrasiya Xidməti Qəbələ şəhərində fəaliyyət göstərən regional "ASAN xidmət" mərkəzində mərkəzin işçilərinin və ASAN Könüllülərinin iştirakı ilə görüş keçirib. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, tədbir iştirakçılarına 2007-ci ildə yaradılmış DMX-nin fəaliyyəti, qurumun funksiyaları, əcnəbilərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları, işə cəlb olunma qaydaları, DMX-nın elektron və onlayn xidmətləri barədə geniş məlumat verilib.
Qeyd olunub ki, 2013-cü ildən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, o cümlədən Azərbaycan vətəndaşlarının cərimə və rüsumlarının real vaxt rejimində elektron formada ödənilməsi Xidmət tərəfindən təmin edilib. Keçən il isə sərhəd buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi, o cümlədən onlar tərəfindən həm maddi, həm də vaxt itkisinin qarşısının alınması məqsədilə Xidmət tərəfindən inzibati cərimə tətbiq olunan şəxslərin "ASANPAY" ödəniş sistemi vasitəsilə ödəməni həyata keçirdikdən sonra ölkədən maneəsiz çıxışının dərhal təmin edilməsi təşkil olunub. Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.