Gündəm

İpək Yolu festivalı keçiriləcək

1 Dekabr 2017 17:42

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilə Höte İnstitutu Bakı Mərkəzinin direktoru Alfons Huq və  İnstitutun Gürcüstan Mərkəzinin direktoru Barbara fon Münxhausen arasında görüş keçirildi.

Rektor  tələbələrlə stolüstü tennis oynadı, selfi çəkdirdi

1 Dekabr 2017 17:40

Bakı Mühəndislik Universditetinin tələbələri “Bir gün sizin üçün” adlı sosial tədbir keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, üç hissədən ibarət olan tədbirdə universitetin rektoru, professor Havar Məmmədov, prorektorlar , fakültə dekanları , müəllimlər və tələbələr iştirak ediblər. Foyedə təşkil olunmuş tədbirdə sərgi və çay süfrəsi ilə yanaşı, idman qurğuları və musiqi alətləri tələbələrin ixtiyarına verilib.

Polis rəisi: "Nardaranda təhlükəsizlik və profilaktik tədbirlərin davam etdirilməsi zəruridir"

1 Dekabr 2017 17:38

Nə qədər acı olsa da, etiraf etməliyik ki, Nardaran sakinləri uzun illər din pərdəsi ilə maskalanmış bir qrup cinayətkarın təzyiqi altında qorxu və vahimədə yaşayıb və onların diqtəsi ilə qəsəbədə dövlət qanunlarının icrası iflic vəziyyətdə olub. Orada yaşayan vətəndaşlarımız yaranmış belə şəraitdən olmazın əziyyət və məhrumiyyət çəksələr də, qorxudan səslərini belə çıxara bilmir, dövlət qurumlarına şikayət etməkdən çəkinirdilər. 

Röya sevgilisindən bu kişiyə görə AYRILIB: "Sənə görə eşq məni tərk etdi" - AÇIQLAMA

1 Dekabr 2017 17:26

“Mən hər kəsi qəbul edəcək yaşda deyiləm, amma səni qəbul etdim. Çünki sən də çətin adamsan. Bir də ki, sən mənə əzizsən. Niyə? Sənə görə eşq məni tərk etdi. Etsin, vecimə də deyil. Çünki onu heç vaxt aldatmadım. Bir sözlə, bir gün hər kəs evinə getdi”.

Əslən azərbaycanlı olan türk aktyor BAKIYA GƏLDİ: 50 illik vətən həsrəti 

1 Dekabr 2017 17:24

“Çoçuklar duymasın” serialında Haluk obrazı ilə tanınan və əslən azərbaycalı olan məşhur aktyor Tamer Karadağlı Bakıya gəlib. Tamer Karadağlının Bakıya gəliş səbəbi Azad Azərbaycan" TV-də yayımlanacaq “Məlahətli söhbətlər” verilişidir. Aktyor sözügedən verilişin qonağı olacaq.

Qarabağda erməni hərbçilər döyüldü

1 Dekabr 2017 17:22

İşğalçı Ermənistan ordusunda qarşılıqlı münasibətlərin pozulması zəminində baş verən cinayət hadisələri zamanı iki hərbi qulluqçu xəsarət alaraq hərbi tibb məntəqəsinə yerləşdirilib.

İnternet mediaya dövlət dəstəyi artır

1 Dekabr 2017 17:17

Azərbaycanın onlayn media məkanı ölkənin ictimi-siyasi həyatının nəbzini tutmaqla əsas informasiya təminatçısı rolunu daha da möhkəmləndirməkdədir. Artıq hamı başa düşür ki, internet media onların yaşamının ayrılmaz parçasına çevrilib. Maraqlıdır, Azərbaycanda onlayın medianın inkişaf tempinin yetərli hesab etmək olarmı? Nəzərə almaq lazımdır ki, hazırda internet həyatımıza daha çox daxil olub.

Güclü qar yağdı: 300 min nəfər işıqsız qaldı - Polşada

1 Dekabr 2017 17:13

Polşada aramsız yağan güclü qar fəsadlara yol açıb. Aramsız qar nəticəsində 300 minə yaxın adam işıqsız qalıb. Paytaxt Varşavada qar 24 saat dayanmadan yağıb. Güclü qar müxtəlif vilayətlərdə elektrik təchizatını sıradan çıxarıb. Meteoroloqların məlumatına görə, ölkə ərazisində qar bu gün də davam edəcək.

Pasport və şəxsiyyət vəsiqələrini itirənlər xərcə düşəcək - YENİ RÜSUMLAR

1 Dekabr 2017 17:11

Azərbaycanda pasport və şəxsiyyət vəsiqələrinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumlar müəyyən olunub. Bununla əlaqədar "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilib.

İrandakı son zəlzələ nəticəsində 51 nəfər xəsarət alıb

1 Dekabr 2017 17:08

İranda baş verən bugünkü zəlzələ nəticəsində 51 nəfər xəsarət alıb. İran KİV-i xəbər verir ki, bu barədə yerli səhiyyə idarəsi məlumat yayıb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. 

Xüsusi xidmət orqanları erməni agent Omtzixti ifşa etdilər

1 Dekabr 2017 17:05

Hollandiyada adı yaxşı məlum olan deputat Piter Omtzixtin ətrafında siyasi qalmaqal yetişməkdədir. İlk baxışdan bu qalmaqalın Azərbaycana elə bir aidiyyəti yoxdur, hərçənd Omtzixt Avropa Şurasının tribunasından rəsmi Bakının davamlı tənqidçisidir. Lakin bu, yalnız ilk baxışdan belədir.

Deputatımızdan inanılmaz qəhrəmanlıq: Bakıda dövlət binasını partlatmaq istəyən şəxsi...

1 Dekabr 2017 17:03

Azərbaycanın tanınmış operatoru Mahir Hüseynbəyli öz feysbuk hesabında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev haqqında maraqlı paylaşım edib. M.Hüseynbəyli millət vəkili ilə uzun illərdir dostluqlarının olduğunu qeyd edib və illər öncə baş vermiş bir hadisəni xatırladıb:

“Azerbaijan 2017 Changing Diabetes Awards” tədqim olunub

1 Dekabr 2017 17:02

“Novo Nordisk” şirkətinin təşəbbüsü ilə ölkəmizdə keçirilən “Azerbaijan 2017 Changing Diabetes Awards” mükafatının qalibləri bəlli olub.  Öndə gedən elm adamları və pasiyent assosiasiyasının üzvünün daxil olduğu məsləhət şurası bir neçə mərhələdən ibarət dəyərləndirmələrdən sonra qalibləri seçərək 29 noyabr tarixində baş tutan mərasimdə mükafatlandırıb.

Dövlət Komitəsi dini icmaların layihələrini maliyyələşdirib

1 Dekabr 2017 17:01

Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) layihələri maliyyələşdirilən dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə Komitə sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.