İpək Yolu festivalı keçiriləcək
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilə Höte İnstitutu Bakı Mərkəzinin direktoru Alfons Huq və İnstitutun Gürcüstan Mərkəzinin direktoru Barbara fon Münxhausen arasında görüş keçirildi.
1 Dekabr 2017 17:42 SosialMədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilə Höte İnstitutu Bakı Mərkəzinin direktoru Alfons Huq və İnstitutun Gürcüstan Mərkəzinin direktoru Barbara fon Münxhausen arasında görüş keçirildi. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, görüşdə əməkdaşlıq məsələləri, birgə layihələr, o cümlədən cari ilin 5-14 dekabr tarixində Almaniya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Azərbaycandan olan tanınmış musiqiçilərin iştirakı ilə keçiriləcək İpək Yolu Festivalı çərçivəsində təşkil olunacaq caz konsertləri, musiqi seminarları, eləcə də müxtəlif sərgilər barədə fikir mübadiləsi aparıldı, tədbirlərə girişin sərbəst olduğu bildirildi. Həmçinin, nazir müavini Sevda Məmmədəliyeva almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi münasibətilə cari ilin 23 noyabr tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin YUNESKO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Gürcüstan və Almaniya nümayəndələrinin iştirakı ilə YUNESKO-nun Parisdə yerləşən baş qərargahında keçirilən tədbirlər barədə məlumat verdi.
Sonda qonaqlar səmimi qəbula görə təşəkkür bildirdilər.