Qarabağda erməni hərbçilər döyüldü
İşğalçı Ermənistan ordusunda qarşılıqlı münasibətlərin pozulması zəminində baş verən cinayət hadisələri zamanı iki hərbi qulluqçu xəsarət alaraq hərbi tibb məntəqəsinə yerləşdirilib.
1 Dekabr 2017 17:22 Dünyaİşğalçı Ermənistan ordusunda qarşılıqlı münasibətlərin pozulması zəminində baş verən cinayət hadisələri zamanı iki hərbi qulluqçu xəsarət alaraq hərbi tibb məntəqəsinə yerləşdirilib.
Tankəleyhinə batareyanın kiçik çavuşu Aşot Gevorkyan bölüyün əsgəri Armen Markaryan arasında baş vermiş insident nəticəsində gözündən xəsarət alıb.
Müqavilə əsasında xidmət edən Rafael Manukyan isə əslən ermənistanlı olduğuna görə Qarabağdan hərbi xidmətə çağrılmış əsgərlər tərəfindən döyülüb. Xəsarət alan R.Manukyan Xankəndi şəhərindəki hərbi hospitala yerləşdirilib. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31