Gündəm

Artırılmış və virtual reallıq bazarında ikiqat artım gözlənilir

1 Dekabr 2017 19:05

“IDC” şirkətinin analitikləri gələn ilin yekununa görə artırılmış və virtual reallıq (AR və VR) həllər bazarında ikiqat artım proqnozlaşdırırlar. Mütəxəssislərin gözləntilərinə görə, 2017-ci ildə AR/VR sahəsində avadanlıq, proqram təminatı və xidmətlərə sərf ediləcək qlobal xərclər 9,1 milyard dollar təşkil edəcək. 2018-ci ildə bu göstərici 17,8 milyard dollara yaxınlaşacaq, yəni təxminən 95% yüksələcək. 2017-2021-ci illərdə sözügedən bazarın həcmi ildə 98,8% artacaq.

Bunu hamı bilməlidir: Daxili qanaxmanın simptomları və təhlükələri...

1 Dekabr 2017 19:00

Xarici qanaxma ilə müqayisədə daxili qanaxmanın diaqnozunu qoymaq daha çətindir. Bu isə çox təhlükəlidir. Qanaxma nəticəsində damarlarda dövr edən qanın həcmi azalır, həyati vacib orqanların funksiyaları pozulur və ağır patoloji hallar yaranır.

Xəbərdarlıq: Bu qidalar dərini tez qocaldır

1 Dekabr 2017 18:55

Sağlamlığınıza və dərinizə qulluq etmək üçün yemək yeyərkən boşqabınıza baxın. Boşqabda nəyi yeyib, nəyi yemədiyiniz vacibdi. 

Amerikalı modelin boğazını kəsib öldürdülər

1 Dekabr 2017 18:39

ABŞ-ın Nyu-York şəhərindən olan model Yamaykaya iş axtarmağa gedib. 26 yaşlı Dezire Gibbon Yamaykada boğazı kəsilərək öldürülüb. Monteqo körfəzi ətrafındakı Ançovi qəsəbəsinin sakinləri gənc qadının meyitini yol kənarına atılmış vəziyyətdə tapıblar. Gibbonun pal-paltarı qan içində olub. Polislər otel işçilərinin göstərdiyi foto sayəsində meyitin şəxsiyyətini müəyyənləşdirə biliblər.

İlham Əliyev BƏƏ və Laos prezidentlərini təbrik edib

1 Dekabr 2017 18:33

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Zayed Al Nəhyana təbrik məktubu göndərib.

Evlərdən oğurluq edən şəxs aktyor çıxdı - Polis serialda görüb, tanıdı - VİDEO 

1 Dekabr 2017 18:24

Türkiyənin Kocaeli vilayətində bir evə girərək oğurluq edən şəxs "Payitaht Abdülhamid" serialının aktyoru çıxıb. Təsadüfən serialı izləyən polislər təhlükəsizlik kamerasına düşən şübhəli şəxsin serialdakı aktyor olduğunu müəyyən ediblər və dərhal onu saxlayıblar.

Nişanlısını müğənni ilə öpüşən gördü, ayrıldı: arvadı şok yaşatdı

1 Dekabr 2017 18:19

Yeşim Hattat (50) gənc bir qadınla eşq yaşadığını iddia etdiyi 25 illik əri olan məşhur iş adamı Osman Hattatdan (58) boşanmaq üçün məhkəməyə müraciət edib. Türkiyə Jokey Klubu (TJK) və "Qalatasaray"ın keçmiş rəhbəri Osman Hattatın boşanmaq üçün məhkəməyə üz tutan həyat yoldaşı ərindən aylıq 40 min TL aliment istəyir. Qadın 85-ci dəfə təşkil edilən veteranların qaçış turnirinin qalibi olan ərinin oradan 1 milyon TL mükafat aldığını qeyd edib. 

Hadisə fransalı oğlanla eşq yaşayır - Bacısı TƏSDİQLƏDİ

1 Dekabr 2017 18:15

Müğənni Hadisənin "Sıfır Tolerens" klipində kamera önünə keçən fransalı model Aurelien Muller ilə eşq yaşadığı iddia edilirdi.  Hadisənin bacısı Hülya Açıkgöz eşq xəbərləri haqqında maraqlı açıqlama edib.

"Asiyanın Qəlbi – İstanbul Prosesi"nin 7-ci nazirlər konfransının Bakı Bəyannaməsi qəbul edilib

1 Dekabr 2017 18:06

“Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının yekunları üzrə Bakı Bəyannaməsi qəbul edilib.

Fuad Muradov 4-cü Dünya İnternet Konfransında iştirak edəcək

1 Dekabr 2017 18:04

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov 4-cü Dünya İnternet Konfransında iştirak etmək üçün Çinin Vuzhen şəhərinə səfər edəcək. Məlumata görə, komitə sədri “Açıqlıq və ümumi fayda naminə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi” sahəsi üzrə “Azərbaycanda İnformasiya texnologiyalarının inkişaf perspektivləri” mövzusunda əsas məruzəçilərdən olacaq.

Özü ilə evlənən qadın özünə xəyanət etdi

1 Dekabr 2017 18:02

Bir müddət əvvəl özü ilə evlənərək dünyanın diqqətini özünə cəlb edən italyan qadın Sofi Tenner yenidən maraqlı açıqlama ilə çıxış edib. O, “İndependent” qəzetinə açıqlamasında bunları deyib: “Müəyyən müddətdən sonra gördüm ki, özümlə yola getmirəm. Ona görə də yad bir kişi ilə münasibət quraraq, özümə xəyanət etdim. Buna baxmayaraq, özümü boşamayacağam”.

Messinin qardaşı həbs olundu

1 Dekabr 2017 18:00

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin qardaşı Matias Messi həbs olunub. M.Messinin qanlı qayığında tapança tapılıb. O, verdiyi ifadədə motorlu qayığı Argentinadakı qumlu sahilə çırpdığını və nəticədə sifətinin kəsikdən qanadığını bildirib. Hadisə yerinə gələn polis onu ələ keçirib.

Sekuta: "Azərbaycan regionda təhlükəsizliyin təminatı üçün daha böyük rol oynamağa qadirdir"

1 Dekabr 2017 17:50

"ABŞ regionda və daha geniş coğrafiyada sabitliyi və rifahı daha da gücləndirmək üçün "Asiyanın qəlbi" prosesi çərçivəsində birgə işləməyə  həmişə sadiqdir".  Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Tank bölmələri döyüş atışlarını icra edib

1 Dekabr 2017 17:48

Müdafiə nazirinin təsdiq etdiyi 2017-ci il döyüş hazırlığı planına əsasən  Silahlı Qüvvələrin bütün tank bölmələrində döyüş atışlı məşqlər keçirilir.

“Yaxın gələcəkdə…” - Bu bəyanat Kremli QƏZƏBLƏNDİRƏCƏK

1 Dekabr 2017 17:47

Ukrayna yaxın gələcəkdə Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı referendumlar keçirəcək.  Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib. “Biz avroatlantik inteqrasiya kursuna sadiqliyimizi saxlayırıq. Hətta şübhələnməyin ki, Ukrayna yaxın gələcəkdə NATO və Avropa İttifaqına üzvlük üzrə referendum keçirəcək”, - dövlət başçısı vurğulayıb.