Gündəm

“Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda müzakirə aparıldı

1 Dekabr 2017 23:45

Azərbaycan Dillər Universitetində  “Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda tanınmış jurnalist və yazıçıların tələbələrlə diskussiyası keçirilib. Olaylar.az bildirir ki, diskussiyada ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov, tanınmış jurnalist, publisist İlham Tumas, şair Qismət Rüstəmov, yazar Mirmehdi Ağaoğlu və Çinarə Ömray iştirak ediblər. Açılış nitqi ilə çıxış edən təşkilatçı Tural Cəfərli və Tural İsmayılov mövzu ilə əlaqədar qısa məlumat verib və qonaqları auditoriyaya təqdim edib.

Reyhan Camalova: İxtiramla bağlı 5 investordan təklif gəlib

1 Dekabr 2017 23:43

Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edən və ABŞ prezidentinin qızı və baş müşaviri İvanka Trampın bütün dünyaya nümunə göstərdiyi Reyhan Camalova artıq Bakıdadır.  15 yaşlı azərbaycanlı ixtiraçı səfər təəssüratlarını Xəzər TV-yə ilə bölüşüb. O, Azərbaycanı gənc yaşda təmsil etməkdən fəxarət hissi duyduğunu bildirib.

"Qarabağ"da ciddi İTKİ - "Roma” ilə oyunda olmayacaq

1 Dekabr 2017 23:41

Azərbaycan Premyer Liqasının XIV turunda evdə "Neftçi”ni 1:0 hesabı ilə məğlub edən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.  Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

Rza Zərrab və qohumlarının əmlakına həbs qoyuldu

1 Dekabr 2017 23:39

İstanbul Baş prokurorluğunun apardığı istintaq çərçivəsində məhkəmə ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və qohumlarının əmlakına həbs qoyulmasına dair qərar qəbul edib. İstanbul Respublika Prokurorluğu Terrorla Mübarizə Bürosu Rza Zərrab və yaxınları barədə araşdırmalara başlayıb. CNN Türk siyahıda 23 nəfərin adının olduğunu bildirib.

“Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib

1 Dekabr 2017 23:37

Azərbaycan Dillər Universitetində universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və “Türkologiya” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə “Türkologiya” jurnalının fəaliyyətinə həsr olunan dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla dəyirmi masanın hamı üçün maraqlı olacağına ümidvar olduğunu bildirib. Baş redaktoru olduğu jurnalın fəaliyyəti haqqında geniş məlumat verən K.Abdulla jurnalın ənənələrinin bu gün də davam etdirildiyini deyib. O, qeyd edib ki, “Türkologiya” jurnalı son vaxtlar dörd təşkilatın indeksini qazanıb və elmə verilən yeniliyi ölçən göstərici olan İMPAKT faktoru göstəricisinə malikdir. Bu da, öz növbəsində, jurnalın beynəlxalq aləmdə nüfüzunun göstəricisidir.

İlk yardım göstərdikdə bu səhvlərə yol verməyin!

1 Dekabr 2017 20:00

Hər bir insan üçün ilk tibbi yardım göstərilməsinin əsas qaydalarını bilmək çox vacibdir. Həkimlər gələnə qədər düzgün göstərilmiş ilk tibbi yardım bir çox hallarda zərərçəkənin sağlamlığını və hətta həyatını xilas etməyə kömək edir. Lakin bəzən kömək etmək istəyən insanlar yalnış hərəkətləri ilə zərər çəkmiş insana ziyan vura bilər.

İddia: Yaraşıqlı kişilər daha az xəstələnirlər

1 Dekabr 2017 19:52

Elm adamları yaraşıqlı kişilərin immunitet sisteminin güclü olduğunu və bu səbəblə daha az soyuq dəyməyə tutulduqlarını söyləyiblər. Finlandiyadaki "Turku" Universitetinin elm adamları qadınlara cazibədar gələn kişilər ilə daha az cazibədar olan kişiləri araşdırıblar.

“Google Maps” proqramı “iPhone X” üçün optimallaşdırılıb

1 Dekabr 2017 19:46

“Google Maps” proqramı 4.41 versiyasınadək yenilənib və indi “iPhone X” smartfonunun təsvir ölçüsünü dəstəkləyir. “iPhone X” qurğusunun təqdim edilməsindən bir ay sonra “Google Maps” proqramı üçün “Super Retina HD” təsvir ölçüsünü dəstəkləyən yeniləmə çıxarılıb. “Google”un proqramçıları öz səhvlərini düzəldiblər və proqramın işini təkmilləşdiriblər.

Argentina əlini üzdü: Axtarışlar dayandırıldı

1 Dekabr 2017 19:45

Argentina hökuməti okeanda yoxa çıxmış “San-Juan” sualtı qayığının ekipajının xilas olunması üzrə əməliyyatları dayandırır. Sualtı qayığın axtarışı isə davam etdiriləcək.

Ucuz “Apple iPad” planşeti təqdim olunacaq

1 Dekabr 2017 19:41

"Apple" şirkəti hazırda 9,7 düym diaqonallı yeni nəsil "iPad" planşetlərinin hazırlanması üzərində çalışır. Qurğu qiymətinin ucuz olması ilə seçiləcək. Bu barədə insayderlərin məlumatında deyilir.

“iOS” və “Android” üçün “Microsoft Edge” brauzeri təqdim edilib

1 Dekabr 2017 19:36

"Microsoft" şirkəti oktyabrda "iOS" və "Android" mobil əməliyyat sistemləri üçün "Edge" mobil brauzerinin ön baxış versiyasını təqdim etmişdi. İndi "Edge" brauzerinin yekun versiyası "iOS" və "Android" əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün əlçatan olub.

Yeni proqram fotoşəkili animasiyaya çevirəcək

1 Dekabr 2017 19:30

ABŞ-ın "Mug Life LLC" şirkəti fotoşəkillərdən animasiya yaradan eyniadlı proqram təqdim edib. Kompüter görmə və üçölçülü modelləşdirmə texnologiyaları əsasında yaradılan əlavədən "Apple" qurğularının istifadəçiləri yararlana bilərlər.

Alimlər insan yaddaşını 30% yaxşılaşdıran qurğu hazırlayıblar

1 Dekabr 2017 19:23

Yeni ixtira yaddaşla problemi olan insanlara alsqeymer və demensiya xəstəliyi ilə mübarizədə kömək edəcək.

Qabaqcıl “Android” smartfonları üçün yeni prosessorun xüsusiyyətləri məlum olub

1 Dekabr 2017 19:17

İnternetdə yeni “Qualcomm Snapdragon 845” prosessorunun texniki xüsusiyyətləri dərc olunub. Çipin əksər qabaqcıl “Android” sistemli smartfonlara quraşdırılması nəzərdə tutulur.  

“Blackview BV9000 Pro” smartfonu istifadəçini üzündən tanıyacaq

1 Dekabr 2017 19:11

Bu yaxınlarda “Blackview” smartfonlar sırası yeni “BV9000 Pro” modeli ilə genişlənib. Bu, “IP68” standartı üzrə hazırlanan və suyun altında işləyə bilən mühafizəli qurğudur. Bundan başqa, modeldə son dövrün bütün əsas yenilikləri quraşdırılıb: tərəflərinin nisbəti 18:9 təşkil edən genişformatlı ekran, qoşa kamera və tutumlu akkumulyator. Smartfon üzün skan edilməsi ilə blokdan çıxarma funksiyası ilə təchiz ediləcək.