“Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda müzakirə aparıldı
Azərbaycan Dillər Universitetində “Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda tanınmış jurnalist və yazıçıların tələbələrlə diskussiyası keçirilib. Olaylar.az bildirir ki, diskussiyada ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov, tanınmış jurnalist, publisist İlham Tumas, şair Qismət Rüstəmov, yazar Mirmehdi Ağaoğlu və Çinarə Ömray iştirak ediblər. Açılış nitqi ilə çıxış edən təşkilatçı Tural Cəfərli və Tural İsmayılov mövzu ilə əlaqədar qısa məlumat verib və qonaqları auditoriyaya təqdim edib.
1 Dekabr 2017 23:45 MədəniyyətAzərbaycan Dillər Universitetində "Ədəbiyyatı necə gündəm etmək olar" mövzusunda tanınmış jurnalist və yazıçıların tələbələrlə diskussiyası keçirilib.
Olaylar.az bildirir ki, diskussiyada ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov, tanınmış jurnalist, publisist İlham Tumas, şair Qismət Rüstəmov, yazar Mirmehdi Ağaoğlu və Çinarə Ömray iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən təşkilatçı Tural Cəfərli və Tural İsmayılov mövzu ilə əlaqədar qısa məlumat verib və qonaqları auditoriyaya təqdim edib.
Yazıçı Mirmehdi Ağaoğlu son illər telekanallarda ədəbiyyatın təbliğatının olmamasından danışıb. O, ədəbiyyatın təbliğinin daha çox saytlarda aparıldığını və yaxşı yazıların sosial şəbəkələrdə müzakirələrə səbəb olduğunu bildirib.
Yazıçı Çinarə Ömray da həmkarının sözləri ilə razılaşdığını bildirərək, ədəbiyyatın təbliğinin daha çox saytlarda aparıldığını bildirib.
Tanınmış jurnalist, publisist İlham Tumas ədəbiyyatın gündəm olmaması mövzusunun dünyanın müxtəlif ölkələrində müzakirə olunduğunu söyləyib.
İlham Tumas akademik Kamal Abdullanın "Gizli Dədə Qorqud" əsərindən sitatlar gətirərək, klassik bir dastandan möhtəşəm bir əsərin yaranmasından bəhs edib: "Həmin əsərdə bizim klassik dastanımız olan "Kitabi-Dədə Qorqud"a Kamal Abdullanın gözü ilə baxırdıq.
Şair Qismət Rüstəmov ədəbiyyata yeni formatların gətirilməsinin vacibliyindən danışıb: "Bu gün əsərlər də yazılır, kitab təqdimatları da keçirilir, amma probelmin ortaya çıxmasına səbəb formatın düzgün qurulmamasıdır. Əsas problemlər də nəşriyyat sistemindədir. Nəşriyyatların heç biri saytlarla, redaksiyalarla əməkdaşlıq etmir. Yeni çap olunmuş kitablar barəsində oxucular məlumatlı olmur. Bu da oxucu qıtlığına gətirib çıxarır"