“Google Maps” proqramı “iPhone X” üçün optimallaşdırılıb
“Google Maps” proqramı 4.41 versiyasınadək yenilənib və indi “iPhone X” smartfonunun təsvir ölçüsünü dəstəkləyir. “iPhone X” qurğusunun təqdim edilməsindən bir ay sonra “Google Maps” proqramı üçün “Super Retina HD” təsvir ölçüsünü dəstəkləyən yeniləmə çıxarılıb. “Google”un proqramçıları öz səhvlərini düzəldiblər və proqramın işini təkmilləşdiriblər.
1 Dekabr 2017 19:46 Dünya"Google Maps" proqramı 4.41 versiyasınadək yenilənib və indi "iPhone X" smartfonunun təsvir ölçüsünü dəstəkləyir. "iPhone X" qurğusunun təqdim edilməsindən bir ay sonra "Google Maps" proqramı üçün "Super Retina HD" təsvir ölçüsünü dəstəkləyən yeniləmə çıxarılıb. "Google"un proqramçıları öz səhvlərini düzəldiblər və proqramın işini təkmilləşdiriblər.
"Apple Maps", "Yandeks. Xəritə"dən fərqli olaraq, "Google"un proqramı xəritəni göstərmək üçün bütün ekrandan istifadə edir. Hətta vəziyyət sətrindəki ikonkaların altında informasiya göstərilir. "ICTnews" Elektron Xəbər Xidməti macdigger.ru saytına istinadən xəbər verir.