Argentina əlini üzdü: Axtarışlar dayandırıldı

Argentina hökuməti okeanda yoxa çıxmış “San-Juan” sualtı qayığının ekipajının xilas olunması üzrə əməliyyatları dayandırır. Sualtı qayığın axtarışı isə davam etdiriləcək.

Argentina hökuməti okeanda yoxa çıxmış "San-Juan" sualtı qayığının ekipajının xilas olunması üzrə əməliyyatları dayandırır. Sualtı qayığın axtarışı isə davam etdiriləcək. Argentina Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Enrike Balbi ekipajın xilas edilməsi imkanları üçün nəzərdə tutulan vaxtın çoxdan bitdiyini, onların sağ qalması ehtimalının olmadığını bildirib. Belə ki, qayıqda yalnız bir həftəlik oksigen ehtiyatı olub.

Xatırladaq ki, "San-Juan" sualtı qayığı noyabrın 15-də "Uşuaya" limanından Mar-del-Plata şəhəri istiqamətində üzən zaman onunla əlaqə kəsilib. Qayığın göyərtəsində 44 nəfər ekipaj üzvü olub. Son əlaqə zamanı ekipaj qayıqda qəza baş verdiyi barədə məlumat çatdırıb. Axtarış əməliyyatlarında ABŞ, Fransa, Böyük Britaniya, Braziliya, Çili və Rusiya da iştirak edir. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31