Gündəm

Bakı məktəbində BİABIRÇILIQ: 2 oğlan 8 yaşlı şagirdi tualetə salıb zorladı

2 Dekabr 2017 14:06

Bakıda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Nicat Pirişov və onun həmyaşıdı Sənan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Nicat Pirişov və Sənan Vəlizadə Nərimanov rayonunda yaşayıblar və Hidayətzadə küçəsi, 2 ünvanında yerləşən T.İ.Həsənov adına 57 saylı Tam Orta Məktəbinin şagirdi olublar.

Murat Boz 4 MİLYONA EV ALDI

2 Dekabr 2017 14:00

Tanınmış türkiyəli müğənni Murat Boz İstanbulun Levent bölgəsində görüntülənib. İfaçı avtomobilində paparatsilərin obyektivinə tuş gəlib. Verilən sualları cavabsız qoyan Muratın avtomobilinin ön tərəfində “lüks məhəllə”lərə giriş-çıxışı kartının olması isə diqqətdən yayınmayıb.

“Savaşçı” serialından möhtəşəm Qarabağ JESTİ 

2 Dekabr 2017 13:57

Türkiyənin “FOX” kanalında yayımlanan “Savaşçı” serialının çəkiliş heyəti tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edən “Qarabağ” komandasına dəstək nümayiş etdiriblər. Serialın aktyor heyəti “Atletiko Madrid”lə oynadığı matçda azarkeşlərin hazırladığı və Türkiyədə gündəm olan kiçik xoreoqrafiyanın bənzərini serialın çəkiliş meydançasında düzəldiblər.

Sarkisyan gizli şəkildə Azərbaycana GƏLDİ - Məxfi görüşün ŞOK SƏBƏBLƏRİ

2 Dekabr 2017 13:52

Ermənistan prezidenti Serj Sarkisyan gizli şəkildə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib. Sarkisyan Xankəndində qondarma rejim tərəfindən qəbul edilib. Məlumata görə, Ermənistan prezidenti Azərbaycanla təmas xəttində vəziyyəti öyrənmək üçün hərbiçilərlə müşavirə keçirib.

“Ümid” - neftçilərə həsr olunmuş ilk qısametrajlı film

2 Dekabr 2017 10:00

Nizami Kino Mərkəzində ötən il baş vermiş qəzada itgin düşən neftçilərə həsr olunmuş “Ümid” qısametrajlı filmi nümayiş olunub. Filmin ssenari və ideya müəllifi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin II kurs tələbəsi Hökümə Sadıq qızına məxsusdur.

Qüdsü İsrailin paytaxtı elan edəcək

2 Dekabr 2017 09:52

ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüds şəhərini İsrailin paytaxtı elan etməyi planlaşdırıb. Bu barədə Reuters agentliyi ABŞ prezidentinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, bununla belə Tramp ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini təxirə salacaq.

Əfsanəvi futbolçular Putinlə görüşdə 

2 Dekabr 2017 09:50

Rusiya prezidenti Vladimir Putin DÇ-2018-in püşkatma mərasimindən əvvəl əfsanəvi futbolçular Pele, Diyeqo Maradona, Ronaldo və Ronaldinyo ilə görüşüb.

Fransada terror qurbanı olduğunu iddia edən şəxs həbs edildi

2 Dekabr 2017 09:48

Fransanın Versal şəhər məhkəməsi 2015-ci ilin noyabrında Parisin “Bataklan” konsert zalına hücum zamanı özünü terrorçuların əməlindən zərər çəkmiş şəxslərdən biri kimi qələmə verən kişi 6 ay müddətinə azadlıqdan məhrum edilib.

QANLI AİLƏ MÜNAQİŞƏSİ - Kişi həyat yoldaşını və övladlarını güllələdi

2 Dekabr 2017 09:45

Türkiyənin Zonquldağ bölgəsində ailə münaqişəsi zəminində kişi sabiq həyat yoldaşını və qızını qətlə yetirib. Ailə üzvləri arasında mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Bu zaman silaha əl atan kişi sabiq həyat yoldaşını, qızını və oğlunu güllələyib. Hadisə yerinə polis və təcili yardım çağırılıb.

Lavrov və Tillerson dekabrın 7-də Vyanada görüşəcək

2 Dekabr 2017 09:44

ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 7-də Vyanada görüşəcək. Bu barədə Dövlət Departamentinin nümayəndəsi məlumat yayıb.

Sumqayıt bulvarında pulsuz "Wİ-Fİ"

2 Dekabr 2017 09:42

Sumqayıt bulvarında pulsuz "Wİ-Fİ" quraşdırılacaq. Yeni layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sumqayıt Telekominikasiya Qovşağı tərəfindən həyata keçiriləcək. Artıq Sumqayıt sakinləri və şəhərə gələn qonaqlar Dənizkənarı bulvar ərazisində pulsuz internetdən istifadə edə biləcəklər. Bulvar ərazisinin internetlə təchiz olunması üçün nəzərdə tutulmuş avadanlıqlar hər 60 metrdən bir quraşdırılacaq.

Messiyə qardaşından pis xəbər

2 Dekabr 2017 09:41

“Barselona”nın argentinalı ulduzu Lionel Messinin qardaşı Matias qəzaya düşüb. O, Argentinanın Rozario şəhərindəki Parana çayında qayıqla gedərkən qum topasına çırpılıb.

İraqda zəlzələ

2 Dekabr 2017 09:39

İraqda 4,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İraqın Ərbil şəhərindən 74 km şərqdə, ocağı isə 100 km dərinlikdə yerləşib.

Moskva aeroportlarında 100-dən çox aviareys təxirə salındı

1 Dekabr 2017 23:45

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Moskva aeroportlarında 100-dən çox aviareys təxirə salınıb.  “Domodedovo” aeroportunda 21, “Şeremetyevo”da 77, “Vnukovo”da isə 5 uçuş təxirə salınıb, 3-ü isə ləğv edilib. “Şeremetyevo” hava limanında 35 uçuş ləğv edilib.