Sarkisyan gizli şəkildə Azərbaycana GƏLDİ - Məxfi görüşün ŞOK SƏBƏBLƏRİ

Ermənistan prezidenti Serj Sarkisyan gizli şəkildə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib. Sarkisyan Xankəndində qondarma rejim tərəfindən qəbul edilib. Məlumata görə, Ermənistan prezidenti Azərbaycanla təmas xəttində vəziyyəti öyrənmək üçün hərbiçilərlə müşavirə keçirib.

Sarkisyanın noyabrın 30-da Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasından dərhal sonra Qarabağa gəlişi diqqət çəkir. Bununla yanaşı, dekabrın 6-da Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Ehtimal olunur ki, Sarkisyan münaqişənin həlli ilə bağlı razılaşmaları müzakirə etmək üçün Qarabağa gəlib.

Erməni jurnalist Naira Ayrumyan da iddia edir ki, Qarabağla bağlı müəyyən razılaşamalar və Sarkisyanın bu razılaşmalar fonunda Qarabağa səfəri təsadüfi deyil. Lakin o da istisna deyil ki, Sarkisyan razılaşmaları pozmaq üçün cəbhədə növbəti təxribata əl ata bilər. Məhz planlaşdırılan təxribatı müzakirə etmək üçün Qarabağa səfər edib. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31