“Ümid” - neftçilərə həsr olunmuş ilk qısametrajlı film
Nizami Kino Mərkəzində ötən il baş vermiş qəzada itgin düşən neftçilərə həsr olunmuş “Ümid” qısametrajlı filmi nümayiş olunub. Filmin ssenari və ideya müəllifi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin II kurs tələbəsi Hökümə Sadıq qızına məxsusdur.
2 Dekabr 2017 10:00 Teatr və kinoNizami Kino Mərkəzində ötən il baş vermiş qəzada itgin düşən neftçilərə həsr olunmuş "Ümid" qısametrajlı filmi nümayiş olunub. Filmin ssenari və ideya müəllifi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin II kurs tələbəsi Hökümə Sadıq qızına məxsusdur.
Olaylar.az bildirir ki, universitetin professor-müəllim və tələbə heyətinin, eləcə də tanınmış simaların iştirak etdiyi tədbirdə həmçinin qəza zamanı itgin düşmüş neftçilərin ailələri də iştirak edib. Qeyd edək ki, "Ümid" filmi bu haqda çəkilmiş ilk qısametrajlı filmdir.
qısametrajlı filmi Nizami Kino Mərkəzində nümayiş olundu