Gündəm
Cocuq Mərcanlıdan xəbər var
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 51 600 kv.m (5.16 ha) ərazi tam təmizlənib,11 200 kv.m (1.12 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 62 800 kv.m (6.28 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən məlumat verilib. Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.
Keçmiş baş nazir həbs edildi
Misirin keçmiş baş naziri Əhməd Şefik Birləşmiş Ərəb Əmirliklərində həbs edilib. Gələn il prezidentlik postuna keçiriləcək seçkilərə namizədliyini irəli sürəcəyini elan edən Ə.Şefik ölkəsinə geri qaytarılacaq.
Müqəddəs Məryəm kilsəsi bombalandı
Şənbə günü silahlı qruplaşmalar atəşkəs rejimini pozub və Suriya paytaxtının xristianlar yaşayan Bab-Tuma məhəlləsini minaatanlardan atəşə tutublar. Mərmilərdən biri Müqəddəs Məryəm kilsəsinin yanına düşüb. İlkin məlumata görə, nəticədə 3 nəfər yaralanıb, binaya maddi ziyan dəyib.
Şirniyyat da siqaret qədər zərərli imiş
Hollandiyalı araşdırmaçılar hesab edir ki, şirniyyat da siqaret qədər ziyanlıdır. Amsterdam Səhiyyə Xidmətinin rəhbəri Paul Van der Velpen düşünür ki, şirniyyatlar və şəkərli qidalar asılılıq yaradan təhlükəli maddələrdir: “Şirniyyat sevənlər onun təhlükəsindən xəbərdar olmalıdır. Çünki şirniyyat siqaret və alkoqollu içkilər kimi asılılıq yaradır və onu əldə etmək çox asandır. Çoxlarının düşündüyü kimi şirniyyatı tərgitmək asan deyil”.
İlqar Rəsuldan yeni roman - "Getmə"
Yazıçı və jurnalist İlqar Rəsulun "Getmə" romanı çap olunub. Müəllif Olaylar.az - a bildirir ki, kitabın təqdimatı və imza günü olmayacaq. "Kimlərsə satış məntəqəsində olduğum anlara təsadüf edərlərsə, onlar üçün kitab imzalaya bilərəm.
Salam Sarvanın "Heykəl tənhalığı" satışda
Tanınmış şair Salam Sarvanın yeni kıtabı çapdan çıxıb. Bu barədə şair özü məlumat verib. Şair kitabın ərsəyə gəlməsi ilə bağlı bunları bildirib: "Heykəl tənhalığı" şeirlər kitabı "Qanun" nəşriyyatının təşəbbüsüylə (Şahbaz bəyə təşəkkür) çapdan çıxdı. İndi satışdadır, ürəyi istəyənlər şəhərin bütün kitab dükanlarından ala bilərlər.
İŞİD-in minlərlə silah və texnikası ələ keçdi
Suriyanın SANA agentliyi Deyr-əz-Zor vilayətində Əl-Aşar, Sabihan və Əs-Səlhiyə kəndlərində İŞİD terrorçularından götürülən silah və texnikanın görüntülərini yayıb. Suriya ordusu terrorçulardan bir neçə min atıcı silah (Kalaşnikov avtomatı və tüfənglər), həmçinin iriçaplı tank əleyhinə pulemyotlar və 130 mm-lik M-46 topu götürüb.
Bakıdakı "Şüşəli bazar"ın keçmiş sahibi özünü asdı
Bakıda intihar hadisəsi baş verib. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qulu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bakı metrosunda sərnişinlərə qənim kəsilən şəxs tutuldu - FOTO
Bakı Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cibgirliklə məşğul olan şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbiri keçirilib. Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib. Belə ki, Bakı şəhər sakini Rəna Hacıyevanın, Neftçala rayon sakini Səid Qurbanovun və bir əcnəbi vətəndaşın Metropolitendə Polis Şöbəsinə mobil telefonlarının oğurlanması barədə müraciətləri əsasında başlanan əməliyyat-axtarış tədbirləri ilə bu cinayəti törətməkdə şübhəli bilinən şəxs dekabrın 1-də metronun “Elmlər Akademiyası” stansiyasında saxlanılıb.
Nigeriyada terror: 17 ölü, 47 yaralı
Nigeriyada marketdə törədilən terror aktı nəticəsində azı 17 nəfər ölüb, 47 nəfər yaralanıb. Partlayış Nigeriyanın Biu şəhərinin şimalındakı marketlərdən birində baş verib. Yerli KİV partlayış üçün 3 gənc qızdan istifadə olunduğunu haqqında məlumat yayıb. Onlardan birinin üzərindəki partlayıcı qurğu işə düşməyib və polis onu həbs edib.
Prezident o icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev Yaşar Qəhrəman oğlu Məmmədovun Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Tanınmış aktyor “Park Cinema”nı YIXIB-SÜRÜDÜ: “Torba tikək, çörəyə bais olaq”
Son zamanlar “İkinci pərdə” filmindəki performansı ilə diqqətləri üzərinə çəkən aktyor Hikmət Rəhimov “Park Cinema”nı sərt tənqid edib. Buna səbəb kinotetarın “Kardeşim benim 2” filmində rol alan aktyor Kamran Ağabalayevə qala gecəsi üçün dəvətnamə yollamaması olub. O, həmkarını müdafiə edərək ona qarşı edilən hörmətsizliyi həzm edə bilmədiyini yazıb:
Teatr rejissoru Karin Çapmanın ustad dərsi keçirilir
British Council Azerbaijan-ın təşkilatçılığı ilə Mədəniyyət və İncəsənət Universitetində ustad dərsi keçiriləcək. Olaylar.az bildirir ki, Universitetin SABAH qrupu Aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin və fiziki məhdudiyyətli gənclərin iştirak etdiyi ustad dərsi Birləşmiş Krallıqların teatr rejissoru Karin Çapman tərəfindən aparılır.
4 dostu ilə birləşib məktəbli sevgilisini şəhərdən kəndə qaçırdı: zorlandı, sonra... - Göygöldə DƏHŞƏT
Göygöldə qaçırdığı qızı zorlamaqda təqsirli bilinən 1993-cü il təvəllüdlü İlqar Abbasov, qız qaçırmaqda ona kömək edən dostları – 1993-cü il təvəllüdlü Eşqin Vəliyev, 1990-cı il təvəllüdlü Qabil Orucov və 1998-ci il təvəllüdlü Rahil Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Azərbaycanlı qadın Konyada birgə yaşadığı kişini öldürdü
Türkiyənin Konya vilayətinin Selçuklu qəsəbəsində Azərbaycan əsilli qadın tərəfindən bıçaqlanan kişi dünyasını dəyişib. Sağlamlıq müayinəsindən keçirilən şübhəli qadın jurnalistlərin "Niyə öldürdünüz?" sualına verdiyi cavabla hər kəsi dəhşətə gətirib. Məlumata görə, Azərbaycan əsilli Aysel E. (27) evdə 9 aylıq uşağı Emir E-ni hərəkətsiz halda görüncə, uşağını birlikdə yaşadığı Ümit Göker (34) ilə xəstəxanaya aparıb. Həkimlərdən uşağında boğulma əlamətləri olduğunu öyrənən Aysel E. ilə Ümit Göker arasında avtomobildə mübahisə düşüb.














