Keçmiş baş nazir həbs edildi
Misirin keçmiş baş naziri Əhməd Şefik Birləşmiş Ərəb Əmirliklərində həbs edilib. Gələn il prezidentlik postuna keçiriləcək seçkilərə namizədliyini irəli sürəcəyini elan edən Ə.Şefik ölkəsinə geri qaytarılacaq.
3 Dekabr 2017 13:29 DünyaMisirin keçmiş baş naziri Əhməd Şefik Birləşmiş Ərəb Əmirliklərində həbs edilib.
Gələn il prezidentlik postuna keçiriləcək seçkilərə namizədliyini irəli sürəcəyini elan edən Ə.Şefik ölkəsinə geri qaytarılacaq.
Devrilmiş lider Hüsnü Mübarəkin dövründə son baş nazir olan Ə.Şefik "Ərəb baharı" sonrası prezident seçkilərində az fərqlə Məhəmməd Mursiyə məğlub olmuşdu. H.Mübarəkin dövründə bəzi sui-istifadə hallarına qarışmaqda ittiham edilən keçmiş baş nazir BƏƏ-yə getmişdi.
Qahirə hökuməti isə illərdir Ə.Şefikin geri qaytarılmasını istəyirdi. Publika.az