İlqar Rəsuldan yeni roman - "Getmə"
Yazıçı və jurnalist İlqar Rəsulun "Getmə" romanı çap olunub. Müəllif Olaylar.az - a bildirir ki, kitabın təqdimatı və imza günü olmayacaq. "Kimlərsə satış məntəqəsində olduğum anlara təsadüf edərlərsə, onlar üçün kitab imzalaya bilərəm.
2 Dekabr 2017 21:20 MədəniyyətYazıçı və jurnalist İlqar Rəsulun "Getmə" romanı çap olunub. Müəllif Olaylar.az - a bildirir ki, kitabın təqdimatı və imza günü olmayacaq.
"Kimlərsə satış məntəqəsində olduğum anlara təsadüf edərlərsə, onlar üçün kitab imzalaya bilərəm.
"Getmə" romanı insanı ifadə edən bir əsərdir. Roman insan taleyi, insanın psixoloji durumu, insanın zamana münasibəti kontekstindədir. Əsərin qəhrəmanları ütüsüzdür. Onlar müəllifdən asılı deyillər, öz hisslərində azaddılar. Əhvaldan asılı olaraq ciddi və qeyri ciddi, bəzən hətta bayağı da ola bilirlər. Əsərdə zaman hər şeyin və hər kəsin fövqündədi" - deyə, İlqar bəy bildirib.
Qeyd edək ki, "Getmə" romanı Qanun Nəşriyyatında çap olunub.