Qüdsü İsrailin paytaxtı elan edəcək
ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüds şəhərini İsrailin paytaxtı elan etməyi planlaşdırıb. Bu barədə Reuters agentliyi ABŞ prezidentinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, bununla belə Tramp ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini təxirə salacaq.
2 Dekabr 2017 09:52 DünyaABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüds şəhərini İsrailin paytaxtı elan etməyi planlaşdırıb.
Bu barədə Reuters agentliyi ABŞ prezidentinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bununla belə Tramp ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini təxirə salacaq.
Həmçinin bildirilir ki, Tramp ABŞ səfirliyinin Qüdsə köçürülməsinə qədər İsrail və Fələstini barışdırmağa çalışacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31