“Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetində universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və “Türkologiya” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə “Türkologiya” jurnalının fəaliyyətinə həsr olunan dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla dəyirmi masanın hamı üçün maraqlı olacağına ümidvar olduğunu bildirib. Baş redaktoru olduğu jurnalın fəaliyyəti haqqında geniş məlumat verən K.Abdulla jurnalın ənənələrinin bu gün də davam etdirildiyini deyib. O, qeyd edib ki, “Türkologiya” jurnalı son vaxtlar dörd təşkilatın indeksini qazanıb və elmə verilən yeniliyi ölçən göstərici olan İMPAKT faktoru göstəricisinə malikdir. Bu da, öz növbəsində, jurnalın beynəlxalq aləmdə nüfüzunun göstəricisidir.
1 Dekabr 2017 23:37 MədəniyyətAzərbaycan Dillər Universitetində universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və "Türkologiya" jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə "Türkologiya" jurnalının fəaliyyətinə həsr olunan dəyirmi masa keçirilib.
Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla dəyirmi masanın hamı üçün maraqlı olacağına ümidvar olduğunu bildirib. Baş redaktoru olduğu jurnalın fəaliyyəti haqqında geniş məlumat verən K.Abdulla jurnalın ənənələrinin bu gün də davam etdirildiyini deyib. O, qeyd edib ki, "Türkologiya" jurnalı son vaxtlar dörd təşkilatın indeksini qazanıb və elmə verilən yeniliyi ölçən göstərici olan İMPAKT faktoru göstəricisinə malikdir. Bu da, öz növbəsində, jurnalın beynəlxalq aləmdə nüfüzunun göstəricisidir.
Çıxışının sonunda rektor hər kəsi jurnal ətrafında birləşməyə səsləyib, dəyirmi masaya qatılan iştirakçılara təşəkkürünü bildirib.
AMEA-nın Dilçilik İnstitutunun direktoru, "Türkologiya" jurnalının baş redaktorunun müavini, akademik Möhsün Nağısoylu, AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov və digər çıxışçılar "Türkologiya" jurnalının yaranması, fəaliyyəti, əhəmiyyəti və hədəfləri barədə fikir və təkliflər səsləndiriblər.