Amerikalı modelin boğazını kəsib öldürdülər
ABŞ-ın Nyu-York şəhərindən olan model Yamaykaya iş axtarmağa gedib. 26 yaşlı Dezire Gibbon Yamaykada boğazı kəsilərək öldürülüb. Monteqo körfəzi ətrafındakı Ançovi qəsəbəsinin sakinləri gənc qadının meyitini yol kənarına atılmış vəziyyətdə tapıblar. Gibbonun pal-paltarı qan içində olub. Polislər otel işçilərinin göstərdiyi foto sayəsində meyitin şəxsiyyətini müəyyənləşdirə biliblər.
1 Dekabr 2017 18:39 DünyaABŞ-ın Nyu-York şəhərindən olan model Yamaykaya iş axtarmağa gedib. 26 yaşlı Dezire Gibbon Yamaykada boğazı kəsilərək öldürülüb. Monteqo körfəzi ətrafındakı Ançovi qəsəbəsinin sakinləri gənc qadının meyitini yol kənarına atılmış vəziyyətdə tapıblar. Gibbonun pal-paltarı qan içində olub. Polislər otel işçilərinin göstərdiyi foto sayəsində meyitin şəxsiyyətini müəyyənləşdirə biliblər.
Amerika mətbuatı Gibbonun oktyabr ayında 3 aylıq viza ilə Yamaykaya səfər etdiyini və iş axtardığını yazır. Polis qatili araşdırır. Ölkə.az