İnternet mediaya dövlət dəstəyi artır

Azərbaycanın onlayn media məkanı ölkənin ictimi-siyasi həyatının nəbzini tutmaqla əsas informasiya təminatçısı rolunu daha da möhkəmləndirməkdədir. Artıq hamı başa düşür ki, internet media onların yaşamının ayrılmaz parçasına çevrilib. Maraqlıdır, Azərbaycanda onlayın medianın inkişaf tempinin yetərli hesab etmək olarmı? Nəzərə almaq lazımdır ki, hazırda internet həyatımıza daha çox daxil olub.

Azərbaycanın onlayn media məkanı ölkənin ictimi-siyasi həyatının nəbzini tutmaqla əsas informasiya təminatçısı rolunu daha da möhkəmləndirməkdədir. Artıq hamı başa düşür ki, internet media onların yaşamının ayrılmaz parçasına çevrilib. Maraqlıdır, Azərbaycanda onlayın medianın inkişaf tempinin yetərli hesab etmək olarmı? Nəzərə almaq lazımdır ki, hazırda internet həyatımıza daha çox daxil olub. Nəticə etibarilə təkcə Azərbaycanda deyil, dünya miqyasında da medianın transformasiyası baş verir. Yəni kütləvi informasiya vasitələri fəaliyyətlərinin ənənəvi üsul və vasitələrini dəyişirlər. Bu, iqtisadi cəhətdən də sərfəlidir. Üstəlik, əlavə vaxt itkisi olmur. Digər tərəfdən, internet hüquqi tənzimləmədən uzaq olan məkandır. Yalnız hostinq və domen əldə etməklə xəbər portalına sahib olmaq mümkündür. Məhz saytların say artımı bununla əlaqədardır. Ümumənsə, ölkədə internetdən istifadə imkanları artdıqca müvafiq şəkildə internet media resurslarından yararlananların da sayı çoxalır. Təsadüfi deyil ki, Azərbaycan əhalisinin 80 faizə qədəri internet istifadəçisidir. Bu kimi hallar nəzərə alınaraq  hələ 2014-cü il ölkəmizdə "İnternet Media İli" elan olunmuşdu. Bu isə o deməkdir ki, ölkədə artıq İnternet media infrastrukturun formalaşdığına və son dövrlərdə daha da inkişaf etməsinə xüsusi diqqət yetirilir.  Başqa sözlə, İnternet media resursların dayanıqlığının mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alınaraq onun daha da inkişafına stimul verilir. Onu da diqqətə çatdıraq ki, İnternet medianın üzləşə biləcəyi risk və təhlükələrin qarşısını almaq məqsədilə yeni yaradılan qurumların fəaliyyəti diqqətəlayiqdir. Qeyd edək ki, Azərbaycanda İnternet medianın inkişafı dövlətlə yanaşı, vətəndaş cəmiyyətlərinin də diqqətindədir. "Yeni Media Jurnalistləri" İctimai Birliyinn sədri Xəqani Səfəroğlu bildirib ki, Mətbuat Şurası tərəfindən "İnternet media ili" elan etməsi ilə başlanan bu strategiya onlayn media sahəsində bir çox müzakirələrə rəvac verdi. İlk növbədə qeyd etmək lazmdır ki, bu gün Azərbaycan onlayn media müstəvisi heç bir basqıya və fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı hər hansı təzyiqə rast gəlmir. Bu, postsovet məkanına və bəzi Avropa ölkələrinin bu sahədəki atdıqları addımlarına baxdqıda böyük uğur sayılmalıdır. Bizdə bu gün internet azaddır, onlayn media sərbəstdir. Təsadüfi deyil ki, məhz bu azadlığın nəticəsində internet KİV-lər artıq cəmiyyət idarəçiliyinə təsir göstərə biləcək bir həddə gəlib çatıb. Sayt lentlərində yayımlanan xəbərlərə tutduğu məmur postundan, biznesdəki mövqeyindən asılı olmayaraq biznesmen dərhal, canlı reaksiya verilməsi bunun bariz subutudur. Bu tendensiya isə özlüyündə istər məmurların, istərsə də internet jurnalistlərinin üzərinə mühüm məsuliyyət qoyur: "Sevindirici haldı ki, saytlara qarşı total qəzəb və uzun-uzadı məhkəmə prosesləri yoxdur. Əksinə, hamı müxtəlif saytlarda özlərinin ictimai fəaliyyəti ilə bağlı yayılan məlumatlara dair öz mövqeyinin də yayımlanmasına ciddi-cəhdlə çalışır. Onlayn media getdikcə haqlı və haqsız tərəfləri müəyyən edən arbitr funksiyalarını mənimsəməkdədir. Qarşıda duran əsas məsələlərdən biri onlayn medianın hüquqi statusunun müəyyən edilməsidir. Hələ ki, "KİV haqqında qanun"da KİV vasitələri kimi internet media göstərilməyib. YMJ bununla bağlı öz təkilflərini bir neçə dəfə açıqlayıb. Çünki belə bir status onlayn medianın daha da inkişafına stimul verər və bu müstəvidə müşahidə olunan bir sıra pərakəndliyi aradan qaldıracaq". Onun bildirdiyinə görə, onlayn medianın mövqeləri gücləndikcə saytların mötəbərliliyi və oxucu etimadı məsələsi öz aktuallığını artırır. Əvvələr "bazara" çıxarılan xəbərlərdə yoxlanılmamış, yalançı faktların mövcudluğu müşahidə olunsa da getdikcə bu məsələdə irəliləyiş özünü göstərir. Sayt rəhbərləri başa düşürlər ki, real zamanda onlarla bir monitor arxasında oturan və trafikə pul xərcləyən unikal İP-istifadəçini aldatmaq böyük risqdir. O, ardıcıl bir neçə yalan xəbər gördükdən sonra asanlıqla dünən oxuduğu saytı birdəfəlik tərk edəcək. Odur ki, sayt menecerləri özəl və doğru xəbərlərin lentlərində yayımlanmasına çox meyil edirlər. Bu isə mötəbərlik qazanmaq baxımından sağlam rəqabətin yaradılması üçün əla imkanlar deməkdir. Burada əsas detallardan biri onlayn sferada etik normaların qorunması üçün zəruri olan qaydalar toplusu- Netiketdir: "Həllini gözləyən digər məsələ saytların təsnifatının müəyyən olunmasıdır. Oxucu bilməlidir ki, hansı sayt xəbər istehsal edir, hansı internet qəzetidir, hansı portal aqreqator portal sayılır. Bu, onlayn media müstəvisində çox mühüm əhəmiyyət daşıyır. Qeyd etdiyimiz bütün bu amillərin fonunda isə yeni sahə olan internet jurnalist və onun peşəkarlığı məsələsi gəlir. Ölkənin onlayn media sektorunda böyük sayda "xəbər dedektivləri" formalaşıb. Bu gün internet mediada gənclərin sayı daha çoxdur. Belə demək olarsa, onlayn müstəvi məhz kreativ gənclərin sağlam ambisiyaları üzərində qurulur. Onlayn mediada işləmək qaydalarını, yeni medianın tələblərini bilmədən gənc internet jurnalistinin bu peşənin sirlərinə bələd olması çox çətindir. İndi şərti olaraq "offlayn media" sayılan ənənəvi qəzet jurnalistindən fərqlənən internet jurnalisti real zamanda çalışır və oxucu onu virtual olaraq təqib edir. İnternet jurnalisti xəbəri özü hazırlayır, çəkir, redaktə edir, sayta qoyur və oxucuya təqdim edir. Bu zaman əvvələr heç vaxt müşahidə olunmayan bir məqam ortaya çıxır: Yazının bütün məsuliyyətini artıq redaksiya deyil, bu jurnalistin özü daşıyır. Onlayn mediada redaksiya anlayışı isə şərtidir: O, bəzən texniki funksiyaları yerinə yetirmək və bəzən də böyük miqyaslı hadisələri koordinə etmək üçün bir qərargah statusunda olur. Odur ki, ali məktəblərin jurnalistika fakültələrində onlayn media ilə bağlı ixtisasların açılması günün vacib tələbinə çevrilib". İB sədri hesab edir ki, Azərbaycanın internet KİV-ləri özünün intibah dövrünü yaşayır. Bu seqment artıq ölkənin informasiya təminatında rolunu təsdiq edib. Bu sahənin "dilini bilməyin" "qızıl qaydası" isə onunla davranmağın düzgün yolunu bilməkdir. Yeri gəlmişkən qeyd edək ki, dövlət siyasətinin internet medianın inkişafındakı təsiri çox böyükdür. Əsas məsələ ölkənin hər yerində internetə çıxış imkanlarının olmasıdır ki, hazırda mövcud istiqamətdə də müvafiq işlər davam etdirilir. Bundan başqa, İnternet medianın sürətli inkişafı üçün keyfiyyət məsələsi də vacibdir. Məlumata görə, dövlət ölkənin genişzolaqlı internet xətti ilə təminatı üçün xüsusi proqram həyata keçirir ki, bud da çox önəmli məsələdir. Təbii ki, internetin keyfiyyəti artdıqca insanlar ölkədə baş verən proseslər barədə məlumatları məhz internet media resurslarından əldə etməsinə çalışacaqlar. Müvafiq olaraq digər media orqanları da rəqabətə davam gətirmək üçün fəaliyyətlərini təkmilləşdirəcəklər. Qeyd edək ki, Azərbaycan dövləti internet medianın inkişafında maraqlıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqrama əsasən Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası 2016-2020-ci illərdə onlayn medianın inkişaf etdirilməsi üçün tədbirlər görülməsini təmin etməlidir.Təsdiqlənmiş dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər 7 bölmədə ifadə olunub. Bütün fəaliyyətlər informasiya texnologiyalarının inkişaf etdirilməsi ilə bağlıdır."İKT infrastrukturu və xidmətləri" bölməsində əsas diqqət çəkən fəaliyyət vətəndaşların internetə çatım hüququ ilə bağlıdır. Proqramda genişzolaqlı internet xidmətlərinin universal xidmətlər siyahısına daxil edilməsi ilə bağlı müvafiq təkliflərin hazırlanması və həyata keçirilməsi nəzərdə tutulub. Bu fəaliyyət 2017-18-ci illərdə reallaşdırılmalıdır. Sənədə əsasən İKT sahəsində innovativ sahibkarlığın inkişaf etdirilməsi, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması layihələrinə dəstək göstərilməlidir. İnternet şəbəkəsi vasitəsilə həyata keçirilən biznes münasibətlərinin hüquqi təkmilləşdirilməsi, habelə bu sahədə biznes fəaliyyətinin təşviqi də nəzərdə tutulur. Digər bölmələrdə genişzolaqlı internetə qoşulan təhsil müəssisələrinin sayının artırılması, təhsilin bütün pillələrində informatikanın tədrisi üzrə təkliflərin hazırlanıb, həyata keçirilməsi əksini tapıb. Elektron səhiyyə sisteminin formalaşdırılması istiqamətində tədbirlərin görülməsi də dövlət proqramına daxil edilib. Belə xidmətlərdən daha rahat istifadə etmək məqsədi ilə vətəndaşların İKT biliklərinin artırılması da nəzərdə tutulur. Milli kontentin inkişaf etdirilməsi ilə bağlı fəaliyyətlər dövlət proqramında ayrıca bölmədə əksini tapıb. Həmin bölməyə görə, onlayn medianın inkişaf etdirilməsindən ötrü 2016-20-ci illərdə tədbirlər görülməlidir. Həm media təmsilçiləri, həm də cəmiyyətin digər təbəqələrinin nümayəndələri hedb edirlər ki, Prezidentin imzaladığı "İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın internet medianın inkişafı üçün böyük perspektivlər açacaq, onlayn KİV-lərin inkişafına təkan verəcək.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31