FHN tələbələri təltif edib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda keçirilən elmi-texniki konfransda Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup tələbəsi də iştirak edib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun “Metallurgiya” fakültəsinin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələrindən-Şəmsi Əliyev, Natiq Novruzov və Kamran Mirzəyev müxtəlif mövzularla konfransın plenar və bölmə iclaslarında məruzələrlə çıxış ediblər. Tələbələrin məruzələri maraqla dinlənilib və məruzələri fərqləndiyinə görə Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov tərəfindən Fəxri Fərmanla təltif olunublar.
1 Dekabr 2017 16:38 SosialAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında "Fövqəladə hallarla mübarizənin aktual problemləri" mövzusunda keçirilən elmi-texniki konfransda Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup tələbəsi də iştirak edib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, AzTU-nun "Metallurgiya" fakültəsinin "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi" ixtisası üzrə təhsil alan IV kurs tələbələrindən-Şəmsi Əliyev, Natiq Novruzov və Kamran Mirzəyev müxtəlif mövzularla konfransın plenar və bölmə iclaslarında məruzələrlə çıxış ediblər. Tələbələrin məruzələri maraqla dinlənilib və məruzələri fərqləndiyinə görə Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov tərəfindən Fəxri Fərmanla təltif olunublar.
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov konfransda universiteti layiqincə təmsil etdikləri üçün tələbələrə təşəkkür edib və onlara gələcəkdə daha böyük uğurlar arzulayıb.