Növbəti Bilik Evi Ağdaşda açıldı

Dekabrın 1-də Bilik Fondu və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdaş Bilik Evinin açılış mərasimi olub. Olaylar.az bildirir ki, Ağdaş rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək Bilik Evinin açılış mərasimindən öncə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla görüşüb. Oktay Səmədov Bilik Fondunun ölkə ərazisində apardığı maarifləndirici işlərdən danışaraq Bilik evlərinin açılmasını bu yöndə atılan əhəmiyyətli addım kimi qiymətləndirib. Sonra Tofiq İbrahimov və Oktay Səmədov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Heydər Əliyev Mərkəzində gənclərin əl işləri və rəsm əsərləri ilə tanış olublar.

Dekabrın 1-də Bilik Fondu və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdaş Bilik Evinin açılış mərasimi olub.

Olaylar.az bildirir ki, Ağdaş rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək Bilik Evinin açılış mərasimindən öncə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla görüşüb.

Oktay Səmədov Bilik Fondunun ölkə ərazisində apardığı maarifləndirici işlərdən danışaraq Bilik evlərinin açılmasını bu yöndə atılan əhəmiyyətli addım kimi qiymətləndirib. Sonra Tofiq İbrahimov və Oktay Səmədov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Heydər Əliyev Mərkəzində gənclərin əl işləri və rəsm əsərləri ilə tanış olublar.

Tədbiri Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova açaraq, rayonda aparılan islahatlardan danışıb.

Fondun icraçı direktoru Oktay Səmədov növbəti Bilik Evinin Ağdaşda açılmasına şərait yaratdığına görə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Açılış mərasimində Rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyevin, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə nümayəndəsi Əli Məmmədovun, Heydər Əliyev Mərkəzinin müdir əvəzi Tənzilə Şıxıyevanın, Bilik Fondunun Ağdaş rayonu üzrə nümayəndəsi, Ağdaş şəhər 9 nömrəli tam orta məktəbin direktoru Saffar Əzməmmədovun çıxışları olub.

Açılış mərasimindən sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədovla rayon Heydər Əliyev Mərkəzinin müdir əvəzi Tənzilə Şıxıyeva iki qurum arasında əməkdaşlıq haqqında Saziş imzalayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31