Səhiyyə sahəsində Azərbaycanda ilk dəfə

Azərbaycan səhiyyəsi daha bir uğura imza atıb. “OLAYLAR”-ın xəbərinə görə, Mərkəzi Klinik Xəstəxanada ölkəmizdə ilk dəfə olaraq aortanın laylanmış (dissekan) anevrizması “hibrid metodla” müalicə edilib. Əməliyyat Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru, ürək-damar cərrahı Kamran Musayev və onun komandası tərəfindən həyata keçirilib. Xəstəlik barədə məlumat verən Dr. Kamran Musayev bildirib ki, insan orqanizminin ana damarı olan aortanın daxili qişasının cırılması ilə müşahidə olunan bu xəstəlik zamanı ölüm riski yüksəkdir:

Azərbaycan səhiyyəsi daha bir uğura imza atıb. "OLAYLAR"-ın xəbərinə görə, Mərkəzi Klinik Xəstəxanada ölkəmizdə ilk dəfə olaraq aortanın laylanmış (dissekan) anevrizması "hibrid metodla" müalicə edilib. Əməliyyat Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru, ürək-damar cərrahı Kamran Musayev və onun komandası tərəfindən həyata keçirilib. Xəstəlik barədə məlumat verən Dr. Kamran Musayev bildirib ki, insan orqanizminin ana damarı olan aortanın daxili qişasının cırılması ilə müşahidə olunan bu xəstəlik zamanı ölüm riski yüksəkdir:

"Ölüm riski yüksək olsa da son illər kardiologiya və ürək-damar cərrahiyyəsində bu xəstəliyin müalicəsi sahəsində ciddi nailiyyətlər əldə edilib. Bu sahədə ən son nailiyyət aorta disseksiyasının (və dissekan anevrizmanın) "hibrid metodla" ləğvidir. "Hibrid metod" - klassik cərrahi əməliyyatlarla endovaskulyar əməliyyatların birgə istifadə olunmasıdır. Bu yanaşmada daha kiçik miqyaslı açıq əməliyyatlarla endovaskulyar qapalı əməliyyatlar kombinasiya edilir. Beləliklə, böyük miqyaslı açıq əməliyyatlardan və onların ağırlaşmalarından yayınmaq olur. Eyni zamanda bu metodla xəstələrdə qan itkisinin və əlavə travmanın qarşısı alınır". Hibrid müalicənin dünyanın qabaqcıl ölkələrində son 10 ildə tətbiq edildiyini deyən Dr. Kamran Musayev bildirdi ki, bu əməliyyat ölkəmizdə ilk dəfə tətbiq edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31