Əli Kərimlinin növbəti yalanı

“Bu yaxınlarda Əli Kərimli öz video müraciətində bir daha hazırkı hakimiyyəti korrupsiyada, rüşvətxorluqda ittiham edib və hətta bir qədər də irəli gedərək 92-93-cü il AXC-Müsavat cütlüyünün "uğurlarından'" danışıb.  Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Cəbrayıl Fərzəliyev deyib ki, birmənalı olaraq AXC hakimiyyətini iqtisadiyyatın tənəzzülü və korrupsiyanın çiçəklənməsi dövrü kimi xarakterizə etmək olar: “AXC hakimiyyəti illərində ölkə iqtisadi sahədə də acınacaqlı vəziyyətlə üz-üzə qalmışdı. Hakimiyyət nümayəndələrinin məsuliyyətsiz bəyanatları ölkənin ənənəvi iqtisadi tərəfdaşları ilə münasibətlərinin korlanmasına səbəb olmuşdu.

"Bu yaxınlarda Əli Kərimli öz video müraciətində bir daha hazırkı hakimiyyəti korrupsiyada, rüşvətxorluqda ittiham edib və hətta bir qədər də irəli gedərək 92-93-cü il AXC-Müsavat cütlüyünün "uğurlarındanchr("39")" danışıb.  Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Cəbrayıl Fərzəliyev deyib ki, birmənalı olaraq AXC hakimiyyətini iqtisadiyyatın tənəzzülü və korrupsiyanın çiçəklənməsi dövrü kimi xarakterizə etmək olar: "AXC hakimiyyəti illərində ölkə iqtisadi sahədə də acınacaqlı vəziyyətlə üz-üzə qalmışdı. Hakimiyyət nümayəndələrinin məsuliyyətsiz bəyanatları ölkənin ənənəvi iqtisadi tərəfdaşları ilə münasibətlərinin korlanmasına səbəb olmuşdu. Məlumdur ki, Azərbaycanın 70 il ərzində əsas iqtisadi tərəfdaşları SSRİ respublikaları və ən başda da Rusiya olub. Lakin AXC hakimiyyətə gəldiyi ilk gündən Rusiyaya qarşı qeyri-dost münasibəti nümayiş etdirdi. Bundan başqa, Orta Asiyanın bəzi respublikaları ilə də münasibətlər korlandı. Bu isə Azərbaycan üçün acı nəticələrə səbəb oldu. Bundan başqa, İranla da siyasi sahədə münasibətlərin korlanması ölkə iqtisadiyyatına zərbə vurdu. Ölkədə baş alıb gedən hərc-mərclik şəraitində iqtisadi islahatlar aparılmasından isə söhbət belə gedə bilməzdi.  Əksinə, hakimiyyətdə olan qüvvənin apardığı siyasət nəticəsində ölkə iqtisadiyyatı çökdürülür, büdcə talanırdı. Ölkədə bütün sahələrdə olduğu kimi, iqtisadi sferada da korrupsiya və rüşvətxorluq baş alıb gedirdi. Milyonlarla manat vəsaitin toplandığı ləl-cəvahirat fondunun vəsaitləri belə mənimsənilmişdi. İş o yerə çatmışdı ki, Elçibəy öz məmurlarına üzünü tutub "rüşvəti alanda elə edin ki, kommunistlərin atasına rəhmət oxutdurmayın" demişdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31