Gündəm
Evlərdən qızıl aparan ələ keçib
Oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan şəxsin digər əməlləri ifşa edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Emil Şirinovun ətrafında Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun sentyabrın 4-də rayon ərazisindəki evlərin birindən 200 manat pul və 9000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.
Energetika naziri əfqanıstanlı həmkarı ilə görüşüb
Avstriyanın paytaxtı Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin III görüşü çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla OPEC Konfransının prezidenti və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz əl Falih arasında görüş keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə neft hasilatının azaldılmasına dair sazişin nəticələri, neft bazarında mövcud vəziyyət, eləcə də Azərbaycanla OPEC+ çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Avtomobilləri qarət edən şəxs tutulub
Xəzər rayonu ərazisində avtomobildən oğurluq edən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də rayon ərazisində 3 avtomobildən pul və maqnitofon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elnur Qənizadə tutulub, daha 2 nəfər isə müəyyən edilib, saxlanılmaları üçün tədbirlər görülür.
26 yaşlı model vəhşicəsinə öldürüldü
“Sirlər xəzinəsi” Qazaxda
Dekabrın 4 – də “Sirlər xəzinəsi” adlı layihə çərçivəsində Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir Qazax şəhərində keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Kitabxanasının, Milli Konservatoriyanın birgə təşkilatçılığı Ədəbiyyat muzeyində keçiriləcək.
“Silahlı Qüvvələr haqqında” qanun yeniləndi
Milli Məclisin dekabrın 1-də keçirilən plenar iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.Qanun layihəsindəki dəyişikliklər barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Bildirib ki, qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünə ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.
Bakıda daha bir mühüm toplantı
Azərbaycan artıq bir neçə ildir ki, regional və qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi, dünyada sülhə və sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığa töhfə verə biləcək təşəbbüslərin fikir mübadiləsinin aparıldığı məkana çevrilib. İstər siyasi, istər iqtisadi, istərsə də humanitar və mədəni sahədə ölkəmizdə yüksək səviyyədə təşkil edilən bu kimi toplantılar, forumlar, diskussiyalar qeyd edilən istiqamətlərdə gələcəkdə geniş spektri əhatə edən əməkdaşlığın formalaşması imkanları yaradır.
Delfinlər yeni növ narkotik istehsal edir - ŞOK İDDİA - VİDEO
"Dolphins" sənədli filminin çəkiliş heyəti delfinlərin trans vəziyyətdə qidalandıqları kiçik balıqların zəhərli kürüsünün tərkibində olan neyrotoksinləri ifraz edərək, narkotik maddə istehsal etdiklərini iddia edir.
Xəstə qız valideynlərinə yalvardı - İmkan verin, ölüm
"Sizi anlayıram. Siz də məni anlayın. Xahiş edirəm, yalvarıram sizə - imkan verin, ölüm. Xəstəliyimin çarəsi yoxdur, bilirsiniz. Sizə yük olmaq istəmirəm. Sizə çox əzab verdim. Qorxmayın, məndən savayı iki övladınız var. Bacım və qardaşım var..."
Əmək Nazirliyində Dünya Bankının nümayəndələri ilə görüş olub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi və Cənubi Qafqaz üzrə proqram rəhbəri Lire Ersado ilə görüş olub. Görüşdə məqsəd əmək və sosial müdafiə, əmək bazarı ilə bağlı statistik potensialın gücləndirilməsi və müvafiq təhlillərin aparılması sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Komitə sədri: "Sulu qəlyan infeksion xəstəliklərin mənbəyidir"
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ən geniş müzakirə edilən və cəmiyyətə lazımlı qanundur. Layihə mükəmməl hazırlanıb”. “Olaylar”ın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Milli Məclis dekabrın 15-də yığışacaq
Milli Məclisin növbəti plenar iclasının vaxtı müəyyənləşib. Məlumata görə, Milli Məclisin sədri Oqtay Əsədov parlamentin növbəti plnar iclasının dekabrın 15-də keçiriləcəyini bildirib. Spiker deyib ki, dekabrın 15-də keçiriləcək iclasda “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi planlaşdırılır.
Mənşə sənədinin alınması proseduru sadələşdirilib
Dekabrın 1-də Bakı Biznes Mərkəzində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-i tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, sahibkarların qarşılaşdıqları məsələlərin öyrənilməsi, ixrac zamanı yaranan məsələlərin operativ həlli və şəffaflığın təmin edilməsi məqsədilə təşkil edilən “Açıq qapı” günləri çərçivəsində seminar keçirilib.
“Kütləvi İnformasiyalar haqqında” Qanun dəyişdirildi
Milli Məclisin dekabrın 1-də keçirilən iclasında “Kütləvi İnformasiyalar haqqında” qanuna dəyişikliklər müzakirə edilib. “Olaylar” xəbər verir ki, qanunun 3-cü maddəsinə ( Əsas anlayışlar) dəyişiklik təklif edilir. Belə ki,qanuna ediləcək dəyişikliyə görə, 3-cü maddənin 3-cü abzasına “informasiya ehtiyatı” sözləri əlavə edilir. Kütləvi informasiya vasitələrinə – dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, informasiya ehtiyatı kinoxronika proqramları və digər yayım formaları daxil edilir. 5-ci maddəyə ediləcək dəyişikliklərə görə isə “Kütləvi informasiya vasitələri haqqında” qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Televiziya və radio yayımı haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında”, “Dövlət sirri haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunlardan, habelə digər müvafiq qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.10-cu maddəyə (Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi) ediləcək dəyişikliklərdə göstərilib ki, Azərbaycan qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Həmçinin qanuna yeni 19-1-ci maddə əlavə edilir.
Azərbaycanın feysbuk məkanını FƏTH EDƏN ERMƏNİ ŞEİRİ: tanınmış sima SƏSLƏNDİRDİ - VİDEO
Feysbukda “994 FM” adlı səhifədə erməni şair Eduard Asadovun şeiri səsləndirilib. Səhifədə mütəmadi olaraq tanınmış azərbaycanlı aktyorların ifasında şeirlər səsləndirilir. Onların budəfəki seçimi isə erməni ailəsində doğulmuş Eduard Arkadyeviç Asadovun "Друг без друга у нас получается всё" adlı şeiri olub. Digər maraqlı məqam isə şeirin yüzlərlə insan tərəfindən paylaşılmasıdır. Çox güman ki, onlar şeirin erməni şairə aid olmasından xəbərsiz olub.












