“Silahlı Qüvvələr haqqında” qanun yeniləndi
Milli Məclisin dekabrın 1-də keçirilən plenar iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.Qanun layihəsindəki dəyişikliklər barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Bildirib ki, qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünə ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.
1 Dekabr 2017 16:18 SosialYeni qanun hərbi quruculuq məsələlərini nəzərdə tutur
Milli Məclisin dekabrın 1-də keçirilən plenar iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.Qanun layihəsindəki dəyişikliklər barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Bildirib ki, qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünə ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir. Qanun layihəsinə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilməyəcək. Bundan başqa, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil omaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlarası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa keçərli olacaq. Qanun layihəsində bildirilib ki, işyerlərində siqaret çəkilməsinə yerin ayrılması işəgötürənin ixtiyarındadır, burada hər hansı tələb irəli sürülmür. Bundan əlavə, bələdiyyələrə maarifləndirilmə tədbirlərinin keçirilməsi ilə bağlı səlahiyyət verilib. Layihədə bildirilib ki, tütün istehsalçıları əvəzsiz xeyriyyəçiliklə məşğul ola bilərlər. Yəni, qanun layihəsinin ikinci oxunuş üçün hazırlanan variantında "sponsorluq" və "xeyriyyəçilik" anlayışları eyniləşdirilərək qadağa nəzərdə tutulurdusa, yekun oxunuşda xeyriyyəçiliklə bağlı aradan qaldırılıb.
Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov bildirib ki, sənəddə hansı formada açıq və qapalı yerlərdə tütün məmulatlarından istifadə olunacağı müəyyənləşməyib. Açıq yer dedikdə uşaq bağçasının önü, məktəbin yaxınlığı da nəzərdə tutula bilər: "Biz bu yerlərdə siqaret çəkilməsinin qadağan edilməsini nəzərdə tutsaq da, insanlar qanunda nəzərdə tutulan açıq yerlər ifadəsindən istifadə edib, bu yerlərdə siqaret çəkə bilərlər: "Misal üçün kimlərsə restoranların qarşısında düzülən stollarda da siqaretdən istifadə edə bilər. Amma biz oradan keçən azyaşlı, ağsaqqal və qadınlara siqaret tüstüsünün necə təsir etməsini fikirləşməliyik. Bu baxımdan hesab edirəm ki, restoranların özləri siqaret çəkmək üçün yerlər müəyyənləşdirməlidir. Biz tütünçülüyün inkişafı ilə bağlı qərarlar qəbul edirik. Amma bir tərəfdən də tütündən istifadəni məhdudlaşdırırıq. Təbii ki, vətəndaşımızın sağlamlığı vacibdir. Amma bu məsələni elə müəyyənləşdirməliyik ki, büdcəyə də ziyan dəyməsin. Azərbaycana turist axını başlayıb. Onların hər biri öz mədəniyyətini göstərir. Ölkəmizə gələnlər arasında ərəblərin sayı çoxalıb. Ərəblərin sulu qəlyan və ya tütünlə bağlı hər hansı istək-arzusu varsa və restoranlar da bunu həyata keçirmək istəyirsə, buna yol vermək olmaz. Belə olan halda, sulu qəlyandan istifadə etmək istəyənlər üçün də ayrıca yerlər ayrılmalıdır. Ümumiyyətlə, istənilən məsələ də qanunun aliliyi qorunmalıdır". Millət vəkili Əhliman Əmiraslanov deyib ki, dünya təcrübəsi göstərir ki, siqaretdən istifadəni məhdudlaşdıran qanunun qəbulundan sonra ölkədə siqaret çəkənlərin 10-17 faizi tütün məmulatlarından imtina edir: "Yeniyetmələr arasında bu faiz 20-25 faizə qədər qalxır. Belə olan halda, ölkədə siqaret çəkənlərin sayı azalır. Bu baxımdan qanun layihəsi çox mühümdür". Qanunda ən çox müzakirə olunan məsələrdən biri sulu qəlyandan istifadənin olduğunu deyən Ə. Əmiraslanov söyləyib ki, sulu qəlyanın da qadağalara salınması düzgündür: "Sulu qəlyana əlavə edilən dadlandırıcı maddələr insan təhlükəsizliyinə zərərlidir. Sulu qəlyandan istifadə həm də bir çox infeksion xəstəliklərin yayılması üçün mənbədir. Sulu qəlyanda istifadə edilən borular təhlükə mənbəyidir. O dəyişmədikdə bir çox xəstəliklərin yayılmasına geniş şərait yaranır".
Sonra "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi barədə parlamentin vitse-spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Ziyafət Əsgərov məlumat verib. O, xatırladıb ki, ötən il sentyabr ayının 26-da Konstitusiyaya əlavə və dəyişiklik edilməsi ilə bağlı referendum keçirilib: "Konstitusiyanın təsbit olunmuş 9-cu maddəsinin mətnində dəyişiklik edilib. Hal-hazırda qüvvədə olan qanunda söhbət Silahlı Qüvvələrdən getsə də, əslində söhbət ordunun statusundan gedirdi. Diqqət etsəniz, Quru Qoşunları, Hava Hücumundan Müdafiə Qoşunları və Dəniz qoşunlarından söhbət gedirdi. Yeni qanun layihəsində isə Silahlı Qüvvələr ordu və digər silahlı birləşmələrdən ibarətdir. Bu yeniliyi etdiyimizə görə, qüvvədə olan qanun konsepsiyası dəyişir, yeni qanun meydana gəlməsinə ehtiyac yaranırdı. Yeni qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, əsas vəzifələri, idarəolunması və hərbi quruculuq məsələlərini nəzərdə tutur".
Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, qanunda bütün məsələlərə həssaslıqla toxunulub: "Hazırki dövrdə bu qanun hazırlanması və tez bir zamanda tez bir zamanda qəbuluna ehtiyac var. Bilirsiniz kimi bir neçə gün bundan öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısında yeni silahlı birləşmələrin yaradılması haqqında qərar qəbul edilib. Bildiyiniz kimi, düşmən ölkə Ermənistan da bu müqavilənin üzvüdür. Ermənistan bir tərəfdən Avropa İttifaqı, digər tərəfdən də KTMT-də qoşun növlərinə qoşulur ki, bir-birinin ərazisinə daxil olduqda onlara yardım edilsin. Bu, həm Ermənistan, həm də onlara şərait yaradanların ikiüzlülüyüdür. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda silahlı qüvvələrlə bağlı qanunun qəbul edilməsi vacibdir". Qanun layihəsində silahlı qüvvələrə nəzarətin Ali Baş Komandana həvalə edilməsini yüksək qiymətləndirən deputat söyləyib ki, vahid nəzarət mexanizmi Ali Baş komandanın nəzarəti altında olmalıdır: "Türkiyədə Süleyman Dəmirəlin hakimiyyəti dövründə nəzarətin parlamentə həvalə edilməsi nəticəsində orada 8 dəfə dövlət çevrilişi olub". Deputat qeyd edib ki, ordu cəmiyyətin bir hissəsidir: "Cəmiyyətdə baş verənləri orduya daşımaq olmaz. Kimin ailəsində nə baş versə, onun orduya daşımasın. İctimai nəzarət silahlı qüvvələri dedi-qodu mənbəyinə çevirirsə, o işin heç bir əhəmiyyəti olmaz. Ümumilikdə isə Azərbaycan Ordusu, silahlı qüvvələri bu gün həm təchizat, həm fiziki, həm də mənəvi hazırlıq baxımından yüksək əhval-ruhiyyədədir. Ordumuz ölkəmizin ərazilərini işğaldan azad etməyə hazırdır".
Alim