Komitə sədri: "Sulu qəlyan infeksion xəstəliklərin mənbəyidir"

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ən geniş müzakirə edilən və cəmiyyətə lazımlı qanundur. Layihə mükəmməl hazırlanıb”. “Olaylar”ın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi ən geniş müzakirə edilən və cəmiyyətə lazımlı qanundur. Layihə mükəmməl hazırlanıb". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, qanun dünyanın inkişaf etmiş ölkələrində qəbul olunan layihələrdən geri qalmır: "Qanunu qəbul etmək vacibdir. Amma digər ölkələrin təcrübəsi göstərir ki, qanunun qəbulundan sonra onun icrasına nəzarət etmək mühümdür. Ümumdünya Səhiyyə Təşkilatının Tütün Məmulatlarının Məhdudlaşıdırıması Konvensiyası var. Qanun qəbul olunduqdan sonra ümid edirəm ki, ölkəmiz də bu Konvensiyaya qoşulacaq". Komitə sədri qeyd edib ki, dünya təcrübəsi göstərir ki, qanunun qəbulun sonra ölkədə siqaret çəkənlərin 10-17 faizi tütün məmulatlarından imtina edir: "Yeniyetmələr arasında bu faiz 20-25 faizə qədər qalxır. Belə olan halda, ölkədə siqaret çəkənlərin sayı azalır. Bu baxımdan qanun layihəsi çox mühümdür". Qanunda ən çox müzakirə olunan məsələrdən biri sulu qəlyandan istifadənin olduğunu deyən Ə. Əmiraslanov söyləyib ki, sulu qəlyanın da qadağalara salınması düzgündür: "Sulu qəlyana əlavə edilən dadlandırıcı maddələr insan təhlükəsizliyinə zərərlidir. Sulu qəlyandan istifadə həm də bir çox infeksion xəstəliklərin yayılması üçün mənbədir. Sulu qəlyanda istifadə edilən borular təhlükə mənbəyidir. O dəyişmədikdə bir çox xəstəliklərin yayılmasına geniş şərait yaranır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31