“Sirlər xəzinəsi” Qazaxda

Dekabrın 4 – də “Sirlər xəzinəsi” adlı layihə çərçivəsində Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir  Qazax şəhərində keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Kitabxanasının, Milli Konservatoriyanın birgə təşkilatçılığı Ədəbiyyat muzeyində keçiriləcək.

Dekabrın 4 - də "Sirlər xəzinəsi" adlı layihə çərçivəsində Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir  Qazax şəhərində keçiriləcək.

Olaylar.az bildirir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Kitabxanasının, Milli Konservatoriyanın birgə təşkilatçılığı Ədəbiyyat muzeyində keçiriləcək.

Ədəbi-bədii  məclisdə Azərbaycan Atatürk  Mərkəzinin sədri,Milli  Məclisin üzvü,akademik  Nizami Cəfərov, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, Azərbaycan Aşıqlar Birliyinin sədri,Əməkdar elm xadimi,professor  Məhərrəm Qasımlı, professor Rüstəm Kamal, Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin sədri  professor Ənvər Əhməd, Yazıçılar Birliyi  Qazax bölməsinin sədri, şair Barat Vüsal çıxış edəcəklər.
Ədəbi-bədii məclis boyu İrəvan  Dövlət Azərbaycan Teatrının  aktrisası, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə  Eldarqızının  ifasında şairin lirik şerləri səslənəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31