Gündəm
ABŞ-ın qanlı savaş PLANI – Kəşfiyyat şefi ETİRAF ETDİ
ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının (MKİ) rəhbəri Maykl Pompeo Səudiyyə Ərəbistanı və İsrailin Yaxın Şərqdə birgə çalışdığını etiraf edib. MKİ başçısı bu haqda Kaliforniyada keçirilən Reyqan Milli Müdafiə Forumunda bildirib. Pompeo Səudiyyə Ərəbistanı, İsrail və bəzi Körfəz ölkələrinin terrorla mübarizə mövzusunda birgə çalışdığını deyib. Onun sözlərinə görə, bu əməkdaşlıq Yaxın Şərqi daha təhlükəsiz edəcək.
Ərdoğan Yunanıstana gedir
Türkiyə Prezidenti Administrasiyasının yaydığı məlumata görə, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan dekabrın 7-8-də Yunanıstanda səfərdə olacaq. Səfər çərçivəsində prezident R.T.Ərdoğan Yunanıstanın rəsmi şəxsləri ilə mühüm görüşlər keçirəcək. Səfərdə rəsmilər iki ölkə arasındakı iqtisadi-siyasi məsələləri müzakirə edəcəklər.
"Onlar küçə qadınlarına bənzəyirdilər" - Məşhur teleşouda qalmaqal - VİDEO
Britaniyanın ən populyar teleşoularından olan "X Factor"un builki mövsümünün finalı keçirilib. İngiltərənin Uorford şəhərindən olan, oğlanlardan ibarət "Rak-Su" qrupu şounun qalibi elan olunub. Final gecəsində səhnəyə çıxanlar arasında "Little Mix" qrupu da vardı. 2011-ci ildə bu şouda qalib gələrək məşhurlaşan qrup üzvləri Perri Edvards, Ley-Enn Pinnok, Ceysi Nelson və Ceyd Tayrlvall "Power" hitini ifa ediblər. "Little Mix" qrupunun üzvləri səhnəyə klassik, qara rəngli kostyumlarda və ab göynəklərdə çıxıblar, Mahnını ifası əsnasında onlar soyunublar, çimərlik geyimlərində və şortlarda qalıblar. Qrupun belə davranışı qalmaqal yaradıb. Sosial şəbəkə istifadəçiləri yazıblar ki, "Little Mix" üzvləri yaxşı oxusalar da, fanatları cəlb etmək üçün vücudlarından istifadə edirlər.
Cocuq Mərcanlıda OBA marketlər şəbəkəsi açılacaq
Yaxın vaxtlarda Horadizdə və Böyük Qayıdışın başlanğıcı olan doğma Qarabağımızın Cocuq Mərcanlı kəndində OBA marketləri fəaliyyətə başlayacaq. “OLAYLAR” xəbər verir ki, bu səbəbdən həmin filiallarda administrator və satıcı-kassir vakansiyaları elan edilib.
Hacı Məmmədovun ölümünə görə cinayət işi başlandı
Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun intiharı ilə bağlı Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. E.Sultanov bildirib ki, faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.Qeyd edək ki, H. Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb. H.Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.
Nazirlik: Taksi xidmətləri ƏDV-yə cəlb edilməyəcək
Son günlər kütləvi informasiya vasitələrində ölkə ərazisində göstərilən taksi xidmətlərinə görə 18% dərəcə ilə əlavə dəyər vergisinin (ƏDV) hesablanması ilə bağlı məlumatlar yer alıb. Bu barədə Vergilər Nazirliyininin Media və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumatda qeyd edilib.
Anar Nağılbazın görüntülərini yayanlar cəzalandırılacaq
Məşhur reper Anar Nağılbazın şəxsi həyatına aid məlumatların yayılması ciddi müzakirə mövzularından birinə çevrilib. Reper mətbuat konfransı keçirib və həmin görüntülərin montaj işi olduğunu deyib. Videoların yayılmasında konkret şəxsləri ittiham edib, ona böhtan atıldığını dilə gətirib.
“Əhli-beyt sevənlərin yurdu Azərbaycan” adlı sənədli filmin təqdimatı keçirilib
Bakıda, “World Business Center” (Dünya Biznes Mərkəzi) iş mərkəzinin akt zalında yeni, “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” adlı sənədli filminin təqdimat mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, film Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi təşəbbüsünə dəstək olaraq Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun sifarişi ilə ərsəyə gəlib.
Təhsil naziri Neftçalada vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov dekabrın 11-də Neftçala şəhərindəvətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Mərkəzində baş tutacaq qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçiriləcək.
"Qara kəmər"lə boğdurulan Hacı Məmmədovdan geriyə bunlar qaldı - FOTOLAR
Azərbaycanın müstəqilliyini qazandığı dövrdən sonrakı dönəmdə ən böyük ağır cinayətlərdə imzası olan Hacı Məmmədov artıq yoxdur.
Qızıldan muncuq düzümü - Ən qədim eksponat
Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi Fondunda Muzeyin ən qədim qızıl eksponatı mühafizə olunur. Bu qızıldan muncuq düzümü Ağstafa rayonunun Soyuqbulaq nekropolundan tapılıb. Olaylar.az bildirir ki, qızıldan olan muncuq düzümü arxeoloq Tufan Axundov tərəfindən arxeoloji ekspedisiya zamanı aşkar olunub.
Səkinə İsmayılova Sufi və Mistik Musiqi Festivalında
Artıq 18 ildir ki, mütəmadi olaraq hər il Hindistanın 10-dan çox şəhərlərində keçirilən “Ruhiyyət” adlı Sufi və Mistik Musiqi Festivalında Türkiyə, Azərbaycan, Misir, Afrika, Kəşmir, Rusiya, Hindistan və digər ölkələrdən tanınmış musiqiçilər dəvət olunur. Olaylar.az bildirir ki, Azərbaycanı bu il festivalda Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının professoru, Xalq artisti Səkinə İsmayılova, konsertmeyster Ramin Rzayev, Əməkdar artist Fəridə Məlikova və Ruhulla Dadaşov təmsil ediblər. Festivalın açılışında iştirak edən sənətkarlar Mahur-hindi və Bayatı-Şiraz muğamını, eləcə də təsnif və xalq mahnısını səsləndiriblər.
Natavan Həbibi həyat yoldaşından AYRILIR?
Prodüsser Tolik sosial şəbəkədən paylaşdığı status hər kəsi heyrətləndirib. Olaylar.az bildirir ki, prodüsser paylaşımında yaxın aylarda reper Səid Əliyevlə (Dado) ailə həyatı quran Natavan Həbibiyə bundan sonrakı həyatında hər şeyin yaxşı olacağını arzulayır. Olaylar.az prodüsserin paylaşımını olduğu kimi təqdim edir:
Ebru Gündeş’in de başı dertte
Kısa bir süre önce eşi Reza Zarrab'ın mallarına el konulmasıyla gündeme gelen ve bu el konulma sürecinden yaptığı evlilik anlaşması sayesinde kurtulan Ebru Gündeş'in başı ilerleyen süreçte derde girebilir. Hemen her fırsatta eşi Reza Zarrab’tan ayrılacağı yönündeki iddiaları yalanlayan Ebru Gündeş geride bıraktığımız günlerde bizzat Cumhurbaşkanı Recep Tayyip Erdoğan’a mesaj göndermiş ve eşi Reza Zarrab’ın Türkiye’ye zarar verebileceğini düşündüğünü ve ona güvenmediğini söylemişti.
Esed rejiminin Doğu Guta saldırılarında 20 sivil öldü
Suriye'de Esed rejiminin, başkent Şam'da abluka altında tuttuğu Doğu Guta'ya yönelik hava saldırılarında 20 sivil hayatını kaybetti. Suriye'de Beşşar Esed rejiminin, başkent Şam'da abluka altında tuttuğu Doğu Guta'ya yönelik düzenlediğihava saldırılarında 20 sivilin hayatını kaybettiği, onlarca kişinin yaralandığı bildirildi.













