Gündəm
Məktəblərarası yarış keçirilib
Paytaxt məktəbliləri arasında “Hər vərəqi bir yarpağa dəyişək” layihəsi çərçivəsində məktəblərarası yarış keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Təhsil Nazirliyi, İDEA İctimai Birliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vəAzərbaycan Kağız və Karton İstehsalat Kombinatının birgə həyata keçirdiyi layihənin əsas məqsədi ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdan ibarətdir.
Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçiriləcək
Dekabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayacaq. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, iclasda nümayəndə heyətləri işçi qruplarda ikitərəfli münasibətlərin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.
PKK Rusiya ilə əməkdaşlıq edəcək
Rus generallarrı YPG sözçüsü (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü - red.) Nuri Mahmud və təşkilatın Deyrizordakı üzvləri ilə bir araya gəlib. Suriyaya gedən rus generalları terrorçularla görüşərək İŞİD-ə qarşı mübarizə mövzusunu müzakirə ediblər.
Trampın müşaviri: "Rusiya ilə sərt danışmağın vaxtı çatıb"
"ABŞ Rusiyanın Suriyahökuməti ilə bağlı siyasətini qətiyyətlə qınayır. Bu siyasət bütün dünyada böhrana gətirib çıxarıb". Bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster deyib.
Günaydan İradə İbrahimovaya AĞIR SÖZLƏR: “Ərin və uşaqların...”
Müğənni Günay İbrahimli “ATV maqazin onlarla” verilişində İradə İbrahimovanın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. O, bu barədə instaqram hesabında yazıb: “İndi də şou-biznesdə təzə dəb yaradıblar. Ailə ilə gündəmə gəlib bir-birilərinə acıq vermək istəyirlər. Onsuz da ailənizdən başqa gündəmə gələcək bir şeyiniz yoxdur. Amma əriniz və uşaqlarınız başqasına acıq vermək üçün bir vasitəyə çevrilməməlidir, həyat yoldaşınızla kiməsə acıq verməyin! Ailə sizin şəxsiyyətiniz, həyatınızın ən böyük qazancıdır, bundan kimisə “vurmaq” üçün alət etməyin!
Təhsil Nazirliyi 3000-ə yaxın müraciəti araşdırır - Diplomlarla bağlı
Təhsil Nazirliyi (TN) sahəsində ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədi ilə araşdırdığı müraciətlərin sayını açıqlayıb. Nazirlikdən bildiriblər ki, bu il Akkreditasiya və Nostrifikasiya İdarəsi nostrifikasiya sahəsində ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədi ilə 2834 müraciəti icraata qəbul edib.
Keçmiş futbolçu FETÖ-çu idmançıların kod adlarını açıqladı
FETÖ ilə əlaqələri üzə çıxan keçmiş futbolçu Zafer Biryol təşkilatın idman şəbəkəsi barədə hər şeyi etiraf edib. İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsi Bekir İrtegünün ifadələrini əsas götürərək, “ByLock” istifadəçisi futbolçular barəsində araşdırma aparıb. Araşdırma nəticəsində ilk olaraq, milli qapıçı Ömər Çatkıç saxlanılaraq həbs olunub. Daha sonra isə milli futbolçu Zafer Biryolun “ByLock” istifadəçisi olduğu üzə çıxdı.
Məleykə Əsədova geri addım atmadı — "Ramiz Məliki bağışlasam..."
“Azərbaycan cəmiyyəti bilir ki, Ramiz Məliki geyim üçün etdiyi iradla bağlı yox, məni, ailəmi, anamı əxlaqsız sözlərlə təhqir etdiyinə görə məhkəməyə vermişəm. Məhkəmə predmeti məhz budur”.
“İstanbullu gəlin”in ƏSL HEKAYƏSİ və baş qəhrəmanın gerçək həyatda YAŞADIQLARI
Azərbaycanda da maraqla izlənilən “İstanbullu gəlin” serialının real hadisələr əsasənda çəkilməsi onu daha baxımlı edir. Bu yazıda oxucuları serialın əsl hekayəsi ilə tanış edib. Ülkü Üst adlı gənc qız musiqiyə olan sevgisinə görə İstanbulda Fatih Liseyini atıb “Rumeli Türkləri Musiqi Dərnəyi”nə yazılır. O, orada Rüştü Eriç ve Feridun Darvazdan dərs almağa başlayır. Amma maddi ehtiyacını qarşılamaq üçün eyni zamanda Beyoğlunda geyim mağazasında çalışmağa qərar verir.
Tailandda avtomobil kütlənin arasına daxil olub - Ölən və yaralananlar var
Tailandın cənubundakı Pattaya kurort şəhərində avtomobil kütlənin arasına daxil olub. Məlumata görə, hadisə nəticəsində azı iki nəfər həlak olub, 10-dan çox adam xəsarət alıb. Xəsarət alanlardan iki nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
ABŞ-ın İŞİD-lə neft razılaşmasının şok detalları ORTAYA ÇIXDI
1300-ə yaxın İŞİD terrorçusunun Rakkadan çıxarılması prosesində qaranlıq qalan məqamların üstü açılır. ABŞ təxliyyənin qarşılığında Suriyanın Deyr-ez-zor şəhərinin yaxınlığındakı əl-Cafra neft bölgəsinin PYD-yə (PKK terror təşkilatının Suriya qanadı -red.) təhvil verilməsini tələb edib. Razılaşma ABŞ-ın İŞİD əleyhinə koalisiya üzrə xüsusi nümayəndəsi Brett Makgurkün birbaşa nəzarəti altında əldə edilib. Məlumata görə, noyabr ayı ərzində İŞİD ilə Tel Afer, Rakka və Deyr-ez-Zorla bağlı 6 razılaşma əldə olunub.
İradə İbrahimovadan Günay İbrahimliyə SƏRT SÖZLƏR, Röyaya MƏSLƏHƏT - VİDEO
Bu həftə “ATV maqazin onlarla” proqramında onluğu müğənni İradə İbrahimova təyin edib. Alovlu nitqi ilə yaddaqalan İbrahimova ilk olaraq Rəhim Rəhimlinin mahnılarını bəyənmədiyini söyləyib: “Mən bunu mahnı kimi görmürəm, bəlkə rep ola bilərdi. Rəhimin səhnədəki görüntüsünü sevirəm, repertuarını, seçdiyi mahnıları heç vaxt bəyənməmişəm. Rəhim zamanında Bakıya gələndə məndən bir mahnımın “minus”unu istəyib yalnız şou proqramlarda oxuyacağını dedi, amma çıxıb efirdə oxudu. Kaş ki, halallıq alsaydı. Düzdür, mən ona halallıq verirəm. Amma yenə də xəbər etməli idi”.
Deputatlarımız beynəlxalq konfransa qatılıblar
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti “Parlamentarilər narkotiklərə qarşı” adlı beynəlxalq parlament konfransında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya səfərə yola düşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, tədbirə dünyanın 60-dan çox ölkəsindən parlament rəhbərləri və aparıcı ekspertlər dəvət olunub.
Rza Zərrabın gizli DUBAY PLANI ortaya çıxdı
Türkiyə və İran vətəndaşı, azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-da davam edən məhkəməsinə sənəd keçirməyə çalışan 3 nəfər şübhəli şəxs- A.Sinəm, A.Regaip və H.Mustafa İstanbul polisinə aparılıb.
KTMT Ermənistan ərazisində qaçqınlar adı ilə terrorçuların mövcudluğu faktını konstatasiya etdi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Minsk sammitində dövlət başçılarının imzaladığı bəyannamədə maddələrdən biri terrorçu yaraqlıların qaçqın adı ilə dövlətlərin ərazisinə daxil olma taktikasını seçə bilməsidir. Xarici yaraqlı-terrorçuların aşkarlanıb zərərsizləşdirilməsi üçün dövlətlərarası əməkdaşlığın gücləndirilməsini, eləcə də transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsini təklif edir. KTMT dövlət başçılarının qəbul etdiyi bu maddə yalnız Ermənistana aiddir.














